Təlimatı Azərbaycanca olmayan dərmanların idxalına icazə verilməyəcək.
Yanvarın 1-dən etibarən istifadə təlimatı Azərbaycan dilində olmayan və Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən təsdiqlənməmiş formada olan dərman vasitələrinin idxalına icazə verilməyəcək. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətləndirilməsi prosesi ilə bağlı keçid dövrü artıq yekunlaşıb.
“Dərman vasitələri haqqında” Qanun və Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Dərman vasitələrinin dövlət qeydiyyatı və reyestrinin aparılması Qaydaları”na əsasən dərman vasitələrinin istifadəsinə aid təlimat Azərbaycan dilində olmalıdır.
Qeyd edək ki, bununla bağlı Səhiyyə Nazirliyi bir müddət öncə dərman vasitəsi idxalçıları və xarici istehsalçı müəssisələrin rəsmi nümayəndəliklərinə xəbərdarlıq edib.
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
9 saat əvvəl
Azərbaycanda ilk dəfə saç boyalarının istehsalına başlanılıb
-
9 saat əvvəl
“AZZA”nın qidalarının daşınma zamanı təravətli qalmasının sirri məlum olub
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"SuperToys" şirkətindən analar və uşaqlara sürpriz - FOTOLAR
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell "F1 Star" - Azərbaycanda ən sürətli sabit internetini təqdim edir
-
12 saat əvvəl
"EKOLİZİNQ"in dollar istiqrazları Birjada listinqə daxil edilib
-
12 saat əvvəl
Azərbaycan bankının Türkiyədəki törəməsinin Bakıda istiqrazları yerləşdiriləcək
- 12 saat əvvəl
- 13 saat əvvəl