İş adamı Azərbaycanın ən böyük özəl ixracatçısı oldu - 113 MİLYON MANATDAN ÇOX GƏLİR
Şirinov Elvin Valeh oğlu 2023-cü ilin yanvar-iyul ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 1-ci yeri tutub.
Marja.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın avqust sayına istinadən xəbər verir ki, Şirinov 2023-cü ilin 7 ayı ərzində 66,8 milyon dollarlıq (113 milyon 560 min manatlıq) mallar ixrac edib. Fərdi sahibkarın ixracının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə artıb. O, 2022-ci ilin 7 ayında 20,2 milyon dollarlıq ixraca nail olmuşdu.
Elvin Şirinov ixracın məbləğinə görə pambıq istehsalçısı olan "MKT İstehsalat Kommersiya" MMC-ni də geridə qoyub.
Şirinov Elvin Valeh oğlu 2023-cü ilin yanvar-iyun ayları üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 2-ci yeri tutmuşdu. Şirinov 2023-cü ilin 6 ayında 52,5 milyon dollarlıq mallar ixrac etmişdi.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın "Yanvar 2023" sayında 2022-ci ilin yanvar-dekabr aylarında qeyri-dövlət ixracatçı subyektlərin reytinqini dərc etmədiyindən ötən il Elvin Şirinovun ixrac məbləği məlum deyil. Onun ixracının məbləği 2022-ci ilin yanvar-noyabr dövründə 41,5 milyon dollara çatmışdı və reytinqdə 5-ci yeri tutmuşdu.
2021-ci ildə Elvin Şirinov qeyri-dövlət (özəl) ixracatçı subyektlərinin reytinqində yer almamışdı.
Elvin Şirinovun pomidor ixracı ilə məşğul olduğu bildirilir.
Fərdi sahibkar 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır və hüquqi ünvanı Yevlax şəhəri, Bakı Prospekti, ev 4-dür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















