"Texniki məsələləri həll etdikdən sonra humanitar yükün Xankəndiyə göndərilməsinə nail olacağımıza inanıram"
“Bildiyiniz kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının qərarına uyğun olaraq biz Xankəndidə yaşayan erməni sakinlərimizə ərzaq yardımı göndərməyə qərara vermişik. Bu qərarın nəticəsi olaraq artıq bu gün bizim cəmiyyətimizin könüllüləri, o cümlədən işçiləri və media əməkdaşları burada, Ağdam ərazisində Xankəndi yaxınlığındayıq və biz bu humanitar yükü ötürmək niyyətindəyik”.
Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) sədri, deputat Novruz Aslan Ağdamda bildirib.
“Biz bu işi ona görə görmüşük ki, Qızıl Aypara Cəmiyyəti milli cəmiyyət olaraq öz humanist və fundamental prinsiplərinə əsaslanaraq Beynəlxalq Qızıl Xaç və Aypara Hərəkatının konstitusiyasına, həmçinin, bizim milli cəmiyyətin qanununa uyğun olaraq bu missiyanı həyata keçirmək əzmindədir. Bu gün hamımız burdayıq və müvafiq danışıqlar gedir. Texniki məsələləri həll etdikdən sonra biz bu yardımları həyata keçirəcəyimizə inanırıq. Danışıqlardan asılı olaraq, mövcud mexanizmlərin icrasına yönələ bilərik. Mən inanıram ki, bu mexanizmlər tapılacaq”.
Sədr onu da əlavə edib ki, sülhməramlı qüvvələrlə mütəmadi olaraq danışıqlar gedir: “Həmçinin bizim tərəfdaşlarımız da bu prosesləri izləyirlər, lazım olan halda onlar da bu prosesə qoşula bilərlər. Mən inanıram ki, nəhayət, bu məsələ öz həllini tapacaq.
Qızıl Aypara Cəmiyyətinin imkanları az deyil, bu iki maşını göndərməklə əsas məqsədimiz ondan ibarətdir ki, vəziyyəti ilkin olaraq yoxlaya bilək, görək necədir? Görək, burada hansı hadisələr baş verə bilər. Hələ ki biz bildiyimizə görə işlər pis getmir. Əgər müsbət nəticə olarsa, ehtiyac yaransa, qiymətləndirilmə keçirilsə, insanların digər ərzaq və ləvazimatlara tələbləri olarsa, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bunu etməyə hazırıdır. Sabah da, birisi gün də yük göndərə bilərik. Hər şey kommunikasiya və ünsiyyətdən asılıdır. Müvafiq danışıqlar getməlidir və bu danışıqlar nəticəsində ehtiyaclar müəyyənləşdirilməlidir. Biz bunları nəzərə almalıyıq.
Hələ ki danışıqların detallar barədə məlumat verə bilmərəm, danışıqlar gedir. Əgər razılıq və hər hansı qərar olsa, yəqin ki, bu yüklərin ötürülməsinin siz də şahidi olacaqsınız”.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
21 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















