Gürcüstandan yaşı 10 ildən çox olan avtomobillər saxta sənədlər ilə gətirilib və rəsmiləşdirilib - RƏSMİ AÇIQLAMA
Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramov həbs edilib.Qanunsuz avtomobil idxalı müqabilində külli miqdarda rüşvət alan vəzifəli şəxs ifşa olunub.
Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir.
Marja xəbər verir ki, məlumata görə, Dövlət Gömrük KomitəsininMərkəzi Gömrük Ekspertizası İdarəsinin eksperti vəzifəsində işləyən Aslan Bayramovun qanunsuz əməlləri barədə həmin Komitədən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirlərilə Aslan Bayramovun qeyd edilən vəzifədə işləyərkən ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 13 min 500 manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmaqla vəzifə saxtakarlığı törətməsinə, yəni 2023-cü ilin may-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 45 avtomobilə aid sənədləri saxtalaşdıraraq qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Aslan Bayramov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
-
10 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Qırğızıstan-Azərbaycan birgə fondunun kapitalı 100 milyon dollara yüksəldiləcək"
-
3 saat əvvəl
"Bir" ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Mayda bank sektorunda çalışanların sayı azalıb
İyunun 26-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Unicapital-ın Baş direktoru Vüqar Namazov AmCham-ın Bank, Maliyyə və Sığorta Komitəsinin Sədri təyin olunub
























