Bakcell abunəçiləri “NaviMax”-la övladlarının təhlükəsizliyinə nəzarət edə biləcək
Bakcell şirkəti “NaviMax” tətbiqi ilə yeni xidmətini istifadəyə verir. “Navimax” əsasən, uşaqların və ailə üzvlərinin fəaliyyətini izləmək üçün nəzərdə tutulan tətbiqdir.
Bakcell abunəçiləri bu tətbiq vasitəsilə, övladlarını məktəb, bağça və digər yerlərdə rahatlıqla izləyə, onların təhlükəsizliyinə tam nəzarət edə biləcəklər. Valideynlər övladlarının mobil cihazını öz dost obyektləri siyahısında qeydiyyatdan keçirməklə, onların hərəkət trayektoriyasından xəbərdar olacaqlar.
Valideynlər “NaviMax”la övladlarının hərəkət radiusu üçün koordinatlar təyin edə, icazə verilən hərəkət poliqonundan uzaqlaşma anında mobil bildiriş alma imkanına sahib olacaqlar.
Xidmətin aktivləşdirilməsi və deaktivləşdirilməsi tətbiq vasitəsilə həyata keçirilir. Bakcell abunəçiləri 3020 qısa nömrəsinə SMS göndərməklə, tətbiqlə bağlı məlumat və link əldə edə bilərlər. Xidməti deaktiv etmək üçün isə, 3020 qısa nömrəsinə “STOP” yazıb göndərmək kifayətdir.
Bakcell abunəçiləri tətbiqdən 1 həftə pulsuz istifadə edə biləcəklər. Pulsuz istifadə dövrü başa çatdıqdan sonra, ödənişli abunəlik avtomatik aktivləşdirilir. Tətbiqə abunəlik haqqı aylıq (30 gün) 1 AZN təşkil edir.
Bakcell şirkəti hazırda “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.
Xatırladaq ki, şirkət NEQSOL Holding-in tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























