Üzüm bağları kəsiləcək, şərablar etanola distillə olunacaq- FERMERLƏRƏ 200 MİLYON AVRO ÖDƏNİLƏCƏK
Fransız şərabının satışı azalır, satılmayan şərab ətriyyat istehsalı üçün etanola distillə olunacaq və üzüm bağlarının bir hissəsi kəsiləcək. Rəsmi Paris şərabçılara sabahın şərtlərinə uyğunlaşmağın zəruriliyi barədə xəbərdarlıq edib.Fransanın şərabçıları satışların azalması ilə üzləşiblər, bunun nəticəsində şərab artıqlığı yaranıb. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi və Avropa İttifaqı şərabın məhv edilməsini nəzərdə tutan dəstək proqramına 200 milyon avro ayıracaq.
Marja.az xəbər verir ki, bu barədə Financial Times yazır.
Şərab sənayedə, məsələn, ətir və ya spirtli gellərin istehsalı üçün istifadə oluna bilən etanola distillə olunacaq. Bu, daxili satışların azalması, xarici bazarlarda rəqabət və Çində satışların azalması səbəbindən problemləri ortaya çıxan fransız şərabçılarına dəstək üçün daha geniş proqramın bir hissəsidir.
Üzüm bağlarının kəsilməsinə görə kompensasiyaların ödənilməsi sxemi nəzərdə tutulub. Minə yaxın şərabçı bununla razılaşıb, 9,2 min hektar üzüm bağı məhv ediləcək. Bu regionda ümumi əkin sahəsinin 8 faizinə bərabərdir.
Fransanın Kənd təsərrüfatı naziri Mark Fesno izah edib ki, hökumət "qiymətlərin enişini dayandırmaq və şərabçılara yeni gəlir mənbələri tapmaqda kömək etmək" məqsədi daşıyır, onlar "istehlakdakı dəyişikliklərə uyğunlaşmalı və istehsalı sabahın tələblərinə uyğunlaşdırmalıdırlar".
"Kantar"ın araşdırmasının nəticələrinə görə, son on ildə Fransada qırmızı şərab istehlakı 32% azalıb. Xüsusilə kəskin azalma gənclər arasında baş verib, onların çoxu güclü spirtli içkilərə, pivəyə üstünlük verir və ya bir hissəsi spirtli içki qəbul etmir.
Bununla belə, şampan və premium şərablara tələb daha sərfəli qiymət kateqoriyasında olan süfrə şərablarına nisbətən az da olsa artıb. Buna görə bir çox istehsalçı premium sinif bazara keçib. Qızılgül şərabı satışları artıb; böyük qruplar LVMH və Pernod Ricard şirkətləri Whispering Angel və Sainte Marguerite en Provence- satın alıblar.

Sonuncu dəfə Avropada şərabın həddindən artıq istehsalı 2000-ci illərin ortalarında baş verib, vəziyyət "şərab gölü" adlandırılmışdı. Bu, Avropa İttifaqını subsidiyaların stimullaşdırdığı həddindən artıq istehsalı azaltmaq üçün öz kənd təsərrüfatı siyasətində islahatlar aparmağa məcbur etmişdi.
İstehlakçıların pivə və digər spirtli içkilərə keçməsi tendensiyası ilə bərabər, şərab sənayesi bütün dünyada restoran və barları bağlamağa məcbur edən koronavirus pandemiyası ilə ağır zərbə alıb. Ukraynada müharibə başlayandan və enerji daşıyıcılarının qiymətlərinin kəskin qalxmasından sonra yanacağın və əsas məhsulların qiyməti qalxıb, bununla əlaqədar istehlakçılar şərab kimi qeyri-vacib mallara xərclərini azaldıblar.
İstehsalçılar gözləyirlər ki, 2023-cü ildə şərabın artıqlığı 3 milyon hektolitr olacaq. İzafi məhsulların payı 2022-ci ildə istehsal olunan məhsulların ümumi həcminin 7%-ni təşkil edəcək.
Fransa şərab istehsalına görə dünyada ikinci yeri tutur (İtaliyadan sonra). Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının (OIV) statistikasına görə, 2022-ci ildə fransız şərabçıları 46,6 milyon hektolitr şərab istehsal ediblər.
Şərab və spirtli içkilər Fransanın əsas ixrac məhsullarından biridir. Fransa Şərab və Spirtli İçki İxracatçıları Federasiyasının məlumatına görə, ötən il ixrac gəliri illik müqayisədə 10% artaraq 17,2 milyard avro təşkil edib.
Müştərilərin xəbərləri
“Azercell Telekom” qadınların dəstəyinə yönəlmiş təşəbbüslərini davam etdirir - 30 000 MANAT AYRILIB
Azərbaycanın “Olivea” zeytun yağı Rusiya Keyfiyyət Sisteminin testlərində lider markalar sırasında yer aldı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
20 saat sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
- 25 d. əvvəl
-
42 d. əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - SİYAHI
-
46 d. əvvəl
ABB sahibkarlığın maliyyələşdirilməsi sahəsində Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!
- 55 d. əvvəl
-
57 d. əvvəl
Unibank 0 % komissiyalı və 2 % endirimli kredit kampaniyası keçirir
-
1 saat əvvəl
Elburus Nəbiyevin alkoqollu və alkoqolsuz içkilərdən gəliri azalıb, işçilərini ixtisar edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal bank qızılın unsiyasının qiymətinin 5000 dollara çatacağı barədə proqnozunu qoruyub saxlayır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Bakı Fond Birjasının ticarət dövriyyəsinin həcmi azalıb
ABB sahibkarlığın maliyyələşdirilməsi sahəsində Mərkəzi Asiyanın ən yaxşı banklarındandır!
Unibank 0 % komissiyalı və 2 % endirimli kredit kampaniyası keçirir
Elburus Nəbiyevin alkoqollu və alkoqolsuz içkilərdən gəliri azalıb, işçilərini ixtisar edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qlobal bank qızılın unsiyasının qiymətinin 5000 dollara çatacağı barədə proqnozunu qoruyub saxlayır
Çin İrandan neft alışını sürətləndirir
Azərbaycana Avropadan turist axını 6 % artıb
Azərbaycan Qars və İğdırda ticarət evləri aça bilər
MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər saxlanıldı
"Bu paket Naxçıvanda iş adamları üçün əlavə üstünlüklər yaradacaq"















.jpg)

