Rubl ilə bağlı bədbin proqnoz
Rubl, vergi ödənişlərinin pik həddə çatmasına baxmayaraq ucuzlaşması artır.Avqust ayında Rusiyada vergi ödənişlərinin pik həddə çatmasına, bununla əlaqədar ixracatçıların daha çox valyuta satmalarına baxmayaraq Rubl ucuzlaşır. Marja.az xəbər verir ki, dolların məzənnəsi 95 rubldan da yuxarı qalxıb.
Dolların məzənnəsi Bakı vaxtı ilə saat 17.21-də 22 qəpik artaraq 95,09 rubl, yuan 7 qəpik artaraq 13,04 rubl, avro 25 qəpik artaraq 102,90 rubl təşkil edib.
Vergilərin öənilməsi dövrü olan Avqust ayında ixracatçılar tərəfindən daha çox xarici valyuta satışına baxmayaraq, Rusiya valyutasının məzənnəsi cümə günü günortadan sonra aşağı düşüb.
İxracatçıların valyuta gəlirlərinin satışında pik səviyyə növbəti bazar ertəsi (28 avqustda) gözlənilir. Buna baxmayaraq avqustun vergi dövrü rublun sabit möhkəmlənməsinə səbəb olmadan başa çatır və həftəsonu ucuzlaşıb.
Bakı vaxtı ilə saat 18.19-da Brent neftin dəyəri 1,2% bahalaşma ilə bir barreli üçün 84,35 dollar təşkil edib. Neftin bahalaşması da rublu dəstəkləmir.
Hakimiyyət orqanları ilə razılaşmalar çərçivəsində həyata keçirilməli olan gözlənilən əlavə valyuta satışı rublun sürətlə zəifləməsinin qarşısını almağa yönəlib. Lakin artıq belə əməliyyatların təsir hiss olunmur.
İqtisadçılar bildirir ki, qarşıdakı həftədə, avqust vergilərinin ödənilməsindən sonra, dolların 95 rubldan yuxarı qalxma riskləri artacaq.
Vergi dövrü başa çatdıqdan sonra dolların məzənnəsinin ilk olaraq 98 rubla, avronun 105 rubla, yuanın 13,25 rubla yüksələcəyi proqnozlaşdırır.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
1 saat əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Ən çox oxunanlar
İyunun 6-da gözlənilən hava şəraiti
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı





















