“Spring Hall” şirkətinin Novxanıdakı obyektində ciddi nöqsanlar - FƏALİYYƏTİ MƏHDUDLAŞDIRILDI
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Novxanı kəndi, ev.709Z M.0 ünvanında yerləşən “Spring Hall” MMC-yə məxsus otelin həyətyanı sahəsində fəaliyyət göstərən mətbəxdə plandankənar yoxlama həyata keçirib.
Marja.az xəbər verir ki, yoxlama sözügedən mətbəxdə hazırlanan toyuqlu pizzanı qəbul etdikdən sonra 2-si böyük, 4-ü uşaq olmaqla, 6 nəfərin qida zəhərlənməsi diaqnozu ilə 1 saylı Sumqayıt Şəhər Xəstəxanasına və Sumqayıt Uşaq Xəstəxanasına yerləşdirilməsi ilə bağlı Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından AQTA-nın “1003-Çağrı Mərkəzi”nə daxil olan təcili bildiriş əsasında aparılıb.
Yoxlama zamanı obyektdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və sanitariya norma və qaydalarının tələblərinin pozulması faktları müəyyən edilib.
Belə ki, dondurucuda yararlılıq müddəti bitmiş, eyni zamanda temperatur rejiminə əməl olunmadan saxlanılan qida məhsulları aşkarlanıb. Həmçinin qida obyektində təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, soyuducu və dondurucularda mal qonşuluğu prinsiplərinin pozulduğu müəyyən edilib. Bununla yanaşı, işçilərin gigiyenik təlimlərə cəlb edilməsinə dair sənədlər və onların ilkin və dövri tibbi müayinələrdən keçməsi ilə bağlı tibbi arayışlar yoxlamaya təqdim olunmayıb.
Müayinələrin aparılması üçün bir sıra məhsul nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsinə əsasən, qaynadılmış-didilmiş toyuq filesi məhsulu texniki normativ sənədlərin tələblərinə uyğun olmayıb. Aşkarlanmış nöqsanlarla əlaqədar protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 saat əvvəl
-
-
12 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
13 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
13 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb























