Veysəloğlu Şirkətlər Qrupu Avropa keyfiyyətini əlçatan edir
“Rossmann” və “Pepco” brendləri Azərbaycanda
Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) Azərbaycan istehlakçısını keyfiyyətli və mümkün münasib qiymətli məhsullarla təmin edir. Bu məqsədlə VŞQ Avropanın “Rossmann” və “Pepco” kimi aparıcı brendlərini ölkəmizə gətirib və Qrupa daxil olan “Araz” supermarketlər şəbəkəsində və müstəqil mağazalarda müştərilərə təqdim edir. “Araz” Avropadan gətirilən məhsulların keyfiyyəti ilə yanaşı onların ekoloji təhlükəsizliyinə də önəm verir, ətraf mühitə zərər dəyməməsi prinsiplərinə ciddi əməl edilir.
Alman brendi “Rossmann”
Almaniyanın 50 ildən çox tarixi olan “Rossmann” firması sağlamlıq və şəxsi qulluq məhsulları ilə məşhurdur. “Rossmann”ın “Araz” supermarketlər şəbəkəsinin daxilində 7 “shop-in shop” (supermarket daxilində) və 13 müstəqil mağazası fəaliyyət göstərir və bu mağazalarda 230-dan çox əməkdaş çalışır. “Rossmann” 29-dan çox özəl markaya və müxtəlif müştərilərin ehtiyaclarını ödəmək üçün 8000 məhsul çeşidinə malikdir. Mağazalarda kosmetika, şəxsi gigiyena, ev təsərrüfatı, körpələr üçün məhsullar və oyuncaqlar, ev heyvanları üçün məhsullar, dəriyə qulluq, kişilər üçün qulluq vasitələri və sağlam qida kateqoriyaları üzrə məhsullar müştərilərə təqdim edilir. “Rossmann”nın məşhur markaları sırasında “Isana” (saç və bədən baxımı məhsulları), “Alterra” (üzvi və təbii maddələr ehtiva edən təbii kosmetika), “Domol” (təmizləyici məhsullar və yuyucu vasitələr) və “Alouette”ni (kağız salfetlər və s.) qeyd etmək olar.
Polşa brendi “Pepco”
Supermarketlər şəbəkəsi tərəfindən Azərbaycan alıcısına təqdim edilən Polşa brendi “Pepco” məhsulları da ekoloji təmizliyi, yüksək keyfiyyəti və münasib qiymətləri ilə seçilir. Məhsullar, çeşidlər daim yenilənir və müasir trendlərə uyğunlaşdırılır. Bu isə müştərilərə yeni seçim imkanları yaradır və dəblə ayaqlaşmağa imkan verir. “Pepco” mağazalarında geyimlər, mətbəx əşyaları, ev tekstili, yumşaq taburetlər, mövsümi, əyləncə məhsulları, şamlar və s. müxtəlif kateqoriyadan olan məhsullar mövcuddur. Hazırda “Pepco” mağazalarında “Beloved”, “Bekkin” kimi tanınmış brendlərin məhsulları satılır. Hər ay 2000-ə yaxın yeni çeşid mağazalara çatdırılır.
“Araz” supermarketlər şəbəkəsində müştərilərə təqdim olunan digər Avropa brendlərinə məxsus məhsullar da keyfiyyəti və nüfuzuna görə öz ölkələrinin lideridir. Bu siyahıda Polşa, İtaliya, Latviya, Almaniya, Hollandiya, Danimarka kimi ölkələri qeyd etmək olar. Sözügedən ölkələrdən gətirilən kosmetika və qulluq vasitələri, spirtsiz içkilər, uzunmüddətli süd və süd məhsulları, quru qida və şirniyyatlar “Araz” müştərilərinin sevimli məhsullarına çevrilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
7 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
7 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
8 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
- 8 saat əvvəl
-
8 saat əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
9 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 9 saat əvvəl
Son Xəbərlər

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb
