“PAŞA Bank” həssas əhali qruplarının özünüməşğulluğunun təşkilini dəstəkləməyə davam edir
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” əhalinin rifahının yüksəldilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsinə töhfə verir. Belə ki, Bank, həssas əhali qruplarının özünüməşğulluğunun təşkilini dəstəkləməyə davam edir.
Bu layihə çərçivəsində 16-17 avqust tarixlərində “PAŞA Bank” tərəfindən Bakı, Ağcabədi, Ağdam, Ağstafa, Göyçay, Göygöl, Naftalan, Tərtər və Tovuzda məskunlaşmış məcburi köçkün və şəhid ailələrinə xüsusi avadanlıqlar çatdırılıb. Bu avadanlıqlar vasitəsilə əhaliyə öz bizneslərini qurmaq və idarə etmək imkanı təqdim olunub.
Xatırladaq ki, “PAŞA Bank” 2020-ci ildən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilən bu layihədə fəal surətdə iştirak edir. Bank bu layihə çərçivəsində artıq 100-dən çox ailəyə dəstək göstərməyə müvəffəq olub.
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
42 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
2 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim


























