Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə geriləyib - Dünyada 117-ci yerdədir
Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 182 ölkə arasında 29,14 MB/S sürətlə 117-ci yerdə qərarlaşıb.
“Speedtest Global Index”hesabatında bildirilir ki, bu iyun ayı ilə müqayisədə 1 pillə geriləmədir.
Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (247,44 MB/S), sonuncu yeri isə Kuba (1,86 MB/S) tutub.
Məlumata görə, ölkəmiz iyulda mobil internetin sürətinə görə isə 143 ölkə arasında 41,77 MB/S sürətlə 56-cı yerdə qərarlaşıb. Bu isə iyuna nisbətən 3 pillə irəliləmə deməkdir.
Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (205,77 MB/S), sonuncu - 143-cü yeri isə Kuba (3,87 MB/S) tutub.
Bundan başqa, iyulda Bakı şəhəri mobil internetin sürətinə görə 5 pillə irəliləyərək 44,94 MB/S sürətlə 171 şəhər arasında 73-cü yerə sahiblik edib.
Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 244,95 MB/S sürətlə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri, sonuncu yeri isə 3,70 MB/S sürətlə Kubanın Havana şəhəri tutub.
Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,50 MB/S sürətlə 138-ci pillədə qərarlaşıb ki, bu da 2 pillə gerilələməkdir.
Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 195 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 271,66 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,81 MB/S sürətlə sonuncu olub.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 17 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Ən çox oxunanlar
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















