Dövlətə ərzaq və aqrar məhsullar satmaq istəyən istehsalçı və satıcıların nəzərinə!
Ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcılar tedaruk.az saytına daxil olaraq 1 sentyabr tarixinədək dövlət satınalan təşkilatların 2024-cü il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.
Bu barədə Marja.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd edilib ki, istehsalçı və satıcılar tedaruk.az saytında növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər.
“Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı olan tedaruk.az dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.
Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 10 saat əvvəl
-
-
10 saat əvvəl
Azercell Beynəlxalq Robot Olimpiadasının Azərbaycandakı rəsmi sponsoru oldu
- 11 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Dünya Qızıl Şurası qızılın qiymətini aşağı sala biləcək ssenarini açıqlayıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Dünya Qızıl Şurasından qızıl ilə bağlı 3 proqnoz: 2026-cı il sürprizlər ilə dolu ola bilər
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
“İlin bankı” ABB oldu!
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Qarabağdakı Dəmirli mədənindən ilk mis satışına başlanılıb
Dünya Qızıl Şurasından qızıl ilə bağlı 3 proqnoz: 2026-cı il sürprizlər ilə dolu ola bilər
Kapital Bank-dan Beynəlxalq Bankçılıq Günündə daha bir uğur
Bank Respublika ilə Yeni il daha rahat!
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
Kalshi-nin bazar dəyəri 11 milyard dollara çatıb
Mastercard açıq dövrəli nəqliyyat ödənişləri ilə Azərbaycanda mobilliyin gələcəyinə töhfə verir





















