Rusiya Mərkəzi Bankı təcili iclas təyin etdi
Rusiya Mərkəzi Bankı avqustun 15-nə uçot dərəcəsi ilə bağlı İdarə Heyətinin növbədənkənar iclasını təyin edib.
Marja.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankındən bildirilib.
Bu gün Moskva birjasında dollar 101 rubla, avro 111 rubla kimi bahalaşıb.
Mərkəzi Bankın açıqlaması fonunda dollar 100 rubldan da aşağı düşüb.
Rusiya Mərkəzi Bankının növbəti iclası sentyabrın 15-də keçiriləcəkdi. İclasında uçot dərəcəsinin artırılacağı gözlənilirdi.
XXX
Avqustun 15-də Rusiya Mərkəzi Bankının İdarə Heyətinin əsas faiz dərəcəsini (uçot dərəcəsini) müzakirə etmək üçün növbədənkənar iclası keçiriləcək.
Marja.az xəbər verir ki, Bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.
“15 avqust 2023-cü il çərşənbə axşamı günü Rusiya Mərkəzi Bankının İdarə Heyətinin iclası keçiriləcək, burada əsas faiz dərəcəsi məsələsinə baxılacaq”, - məlumatda deyilir.
İclasdan sonra mətbuata açıqlama Bakı vaxtı ilə saat 11:30-da təqdim olunacaq. Təqvimə əsasən, növbəti iclası sentyabrın 15-nə təyin edilmişdi.
Avqustun 14-də Moskva birjasında dolların məzənnəsi Martın 23-dən bəri ilk dəfə 101 rublu, avro isə 111 rublu ötüb. Tənzimləyici əsas faiz ilə bağlı növbədənkənar iclas elan etdikdən sonra dollar 100 rubldan aşağı düşüb (99,52 rubla qədər). Avronun məzənnəsi də analoji dinamika nümayiş etdirib, Avropa valyutası 108,5 rubla ticarət olunub.
Avqustun 14-də rublun zəifləməsi fonunda Mərkəzi Bank pul siyasətini sərtləşdirmək və inflyasiyanı 2024-cü ildə 4%-lik hədəfə qaytarmaq üçün əsas faiz dərəcəsinin daha da artırılacağını bəyan edib.
İqtisadçıların fikrincə, Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 15%-ədək qaldıra bilər.
Rusiya Mərkəzi Bankı inflyasiyanın sürətlənməsi ilə bağlı tendensiyalar səbəbindən iyulda əsas uçot dərəcəsini 8,5%-ə qaldırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)

















.jpg)


