Azərbaycan holdinqi yeni markası ilə qazlı su bazarına daxil oldu
Azərbaycanda iri qida istehsalçısı "Azersun Holding" mineral qazlı su bazarına "Qaf" markası ilə daxil olub.
Marja.az Şirkətin əməkdaşının paylaşdığı məlumata istinadən xəbər verir ki, "Qaf" markası altında istehsal olunan hidrokarbonatlı-maqneziumlu qazlı mineral su Xaçmaz rayonununda yerin 1500 metr dərinliyindən maqmadan aldığı karbon qazının təzyiqi ilə səthə çıxır, yerin geoloji xüsiyyətlərini özündə daşıyır. Yerin dərinliklərindən çıxarkən keçdiyi təbəqələrdən Na, Mg, Ca kimi mineralları alaraq irəliləyir. Buna görə də həzm prosesinə, yorğunluq və əzginliyin azalmasına, yaddaşın güclənməsinə və diqqətin artırılmasına kömək edir.
""Qaf" hidrokarbonatlı-maqneziumlu mineral su artıq 1970-ci ildən sakinlər tərəfindən öz müalicəvi xüsusiyyətləri ilə tanınır, lakin bu ildən etibarən məhz "Qaf" markası adı altında şirkətimiz tərəfindən qablaşdırılmış içməli minerallı qazlı su kimi Azərbaycan bazarına təqdim edilib",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 11 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Direktor, müavini və şöbə müdiri cinayət başında yaxalanıblar
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
Unibank “Yaşıl layihələr”in dəstəklənməsi istiqamətində əməkdaşlığa başlayıb
-
16 saat əvvəl
“Valyuta bazarında kəskin tələb artımı yoxdur” - MƏRKƏZİ BANKIN SƏDRİ
- 17 saat əvvəl
-
18 saat əvvəl
"Əsas məqsədimiz əhalini əmanətlərini daha uzun müddətə yerləşdirilməsini təşviq etməkdir"
- 18 saat əvvəl
- 19 saat əvvəl