“Buta Çərəz” şirkətinin 54 ton yerfındığı təhlükəli çıxdı, məhvinə qərar verildi
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində “Buta Çərəz” MMC-nin Hindistan Respublikasından idxal etdiyi ümumi çəkisi 54 108 kq yerfındığı (araxis) məhsulundan Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Marja.az xəbər verir ki, aparılan sınaq nəticəsinə əsasən nümunələrdə Aflatoksin B1-in miqdarının normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Qeyd edək ki, Aflatoksin B1 zəhərli maddədir. Bu maddə günəbaxan tumuş fıstıq, qarğıdalı və digər taxıllarda olur. Tez-tez heyvan yemlərində də rast gəlinir. Aflatoksinlər arasında ən zəhərlisi Aflatoksin B1-dir və insanlarda qaraciyər xərçənginin yaranmasında böyük rol oynayır.
Qidalarda, taxıllarda, yemlərdə və hər cür quru qidada nəmişlik və temperaturun yüksəlməsindən asılı olaraq göbələk növləri sürətlə çoxalır və mikotoksin (kif zəhəri) adlı zərərli toksin (zəhər) yaradır. Bunlardan ən təhlükəlisi Aflatoksindir. Aflatoksinlər güclü zəhər və kanserogen maddələrdir. Qısası xərçəng xəstəliyi yarada bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















