BTE qəhvəyi-yaşıl rəngli (xaki) məktəbli formasın tikməməsinin səbəbini açıqlayıb
BTE: Xaki rəngli məktəbli formalarına tələbat azdır, satılmır"Xaki rəngli məktəbli formasını tikməməyimizin əsas səbəbi buna tələbatın olmamasıdır".
Bunu açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov təmsil etdiyi fabrikin qəhvəyi-yaşıl (xaki) rəngli məktəbli formasını tikməməsinə aydınlıq gətirərkən bildirib.
Onun sözlərinə görə, tələbat daha çox digər rəngli məktəbli formalarınadır: "Biz dörd rəngin üçünü tikirik. Qəhvəyi-yaşıl rəngli məktəbli formasını isə "Bakı Tekstil Fabriki" MMC tikir, başqa harada istehsal olunduğu haqqında məlumatım yoxdur. Eyni zamanda dörd rəngin hər birini istehsal etmək üçün fiziki gücümüz də yoxdur. Biz əsasən tələbatın daha çox olduğu tünd-göy və tünd-boz rəngli formaları istehsal edirik. Xaki rəngli məktəbli formalarını da tikmişik. Ancaq açığını desək, onlara tələbat azdır, yəni satılmır. Biz əsasən tələbatın daha çox olduğu məhsulları tikirik”.
Şöbə müdiri həmçinin deyib ki, yeni tədris ilinədək tələbat yaxşı olduğu təqdirdə qəhvəyi-yaşıl rəngli məktəbli forması tikilə bilər.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, məktəbli formalarının tünd göy, tünd boz, qəhvəyi-yaşıl (xaki), tünd qəhvəyi olmaqla 4 rəngdə olması nəzərdə tutulub.
Marja.az-a verilən məlumata görə, xaki rəngli məktəbli formaları yalnız Türkiyədən idxal olunur və bir türkiyəli iş adamına məxsus mağazada satılır. Bakıdakı bir neçə məktəb-lisey kompleski xaki rəngini seçib və şagirdlərə geyimin yalnız türkiyəli iş adamına məxsus mağazadan alınması lazım olduğu barədə məlumat verilib. Yerli istehsalçılar məktəbli şalvarını 25 manata, qısaqol köynəyi 15 manata satdıqları halda, Türkiyədən idxal olunan xaki rəngdə məktəbli şalvarı 35 manata, qısaqol köynəyi isə 27 manata satılır.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























