“Aqrarkredit”ə ötürülən problemli aktivlərlə bağlı Komissiya yaradıldı - BAYRAMOV SƏDR TƏYİN EDİLDİ
"Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin əvəzində mövcud qanunvericiliyə uyğun olaraq əldə edilmiş və balansında olan, balans dəyəri 1 (bir) milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının satılması və kənar idarəçilərə idarəetməyə verilməsi üzrə Müsabiqə Komissiyası yaradılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalatıb. Qərara əsasən, Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (bundan sonra - “Aqrarkredit” QSC) tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətindən alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş və balansında olan, Azərbaycan Respublikasının ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən, balans dəyəri1 (bir) milyon manatdan çox olan əmlakların, yerli və xarici aktivlərin və ya onlar üzrə borcların tələb hüquqlarının hərrac və müsabiqə yolu ilə satılması və kənar idarəçilərə idarəetməyə verilməsi, habelə ödənişində ciddi problemlər olan və ümidsiz hesab edilən yerli və xarici aktivlər üzrə borcların tələb hüquqlarının (bundan sonra - problemli əmlaklar və onlar üzrə tələb hüquqları) kollektor və hüquq şirkətlərinə, eləcə də ayrı-ayrı hüquqi və ya fiziki şəxslərə satılması, habelə investisiya layihələrinə iştirak payı kimi qoyulması və həmin payın sonradan satılması və ya professional idarəedən hüquqi şəxslərə idarəetməyə verilməsi üzrə əqdlərin bağlanılması barədə qərarların qəbul edilməsi məqsədilə aşağıdaki tərkibdə Problemli aktivlərin (əmlakların) və onlar üzrə tələb hüquqlarının satılması, idarəetməyə verilməsi və iştirak payı kimi qoyulması üzrə Müsabiqə Komissiyası yaradılıb və Komissiyanın tərkibi aşağıdakı kimidir:
Komissiyanın sədri
Azər Bayramov - Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Komissiyanın üzvləri:
Malik Vəliyev - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin
tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini, sədr vəzifəsini icra edən
Emil Məmmədov - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin maliyyə və təminat şöbəsi müdirinin müavini
Rəşad Zalov - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsi müdirinin müavini
Natiq Quliyev - Azərbaycan Respublikası Mərkəzi Bankının Təhlükəsizlik Departamentinin problemli aktivlərlə iş şöbəsinin rəisi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























