Cəlilabad üzümü kəskin ucuzlaşıb - "Satış qiyməti 40 qəpiyə qədər enib"
Cəlilabad rayonunda üzümün satış qiyməti aşağı düşüb.
Bu barədə bir qrup fermer məlumat verib.
Onların sözlərinə görə, bu il rayonda havalar əlverişsiz keçsə də, məhsuldarlıq kifayət qədər yüksək olub. Amma buna baxmayaraq, məhsulun ucuzlaşması sahibkarları çətin vəziyyətə salıb.
Fermerlər deyir ki, əvvəllər məhsulun satış qiyməti 1 manat idisə, indi bu məbləğ 40 qəpiyə qədər enib.
Onlar məhsulu uzun müddət bağlarda saxlamağın mümkün olmadığını bildiriblər. Üzümün yetişdikdən sonra təcili yığılmalı olduğunu söyləyən fermerlər deyir ki, buna görə də məhsulu dəyər-dəyməz qiymətə satmağa məcbur olurlar:
"Məhsulun keyfiyyətli olması üçün kifayət qədər əziyyət çəksək də, bu isə əkindən yığıma qədər sərf olunan xərcləri ödəmir. Ucuzlaşmanın davam etməsi isə gələcəkdə üzüm bağlarının sayını azalda bilər".
Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Əhmədağa Məmmədov "Report"un yerli bürosuna açıqlamasında üzümün yeni sortlarını yetişdirməyin zəruriliyini bildirib. Onun sözlərinə görə, üzüm sahələrinə qoyulan kapitalın azaldılması üçün yeni sortların əkininə keçmək lazımdır: "Keyfiyyətli məhsul böyük zəhmət tələb edir, zəhmət isə maliyyə imkanlarından keçir. Bu zəhmətin və qoyulan maliyyənin isə qarşılığı mütənasib deyil".
Qeyd edək ki, bu il rayonda 1453 hektar ərazidə üzüm əkini həyata keçirilib və bu günə qədər 1300 ton süfrə üzümünün yığımı aparılıb. Yığım prosesi gələn ay yekunlaşacaq.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























