ABB Naxçıvan sahibkarları üçün güzəştli kredit imkanları yaradır
(®) Sahibkarların etibarlı tərəfdaşı olan ABB maliyyə resurslarının ölkəmizin bütün regionlarında iş adamları üçün əlçatan olması üçün ardıcıl tədbirlər həyata keçirir.
ABB ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Əməkdaşlıq çərçivəsində yerli sahibkarlara bizneslərini inkişaf etdirmək üçün güzəştli kreditlər veriləcək.
ABB-nin nümayəndə heyətinin Muxtar Respublikaya səfəri zamanı Naxçıvan Biznes Mərkəzində görüş keçirilib. Bölgədə biznesin inkişafı üçün birgə fəaliyyət imkanları dəyərləndirilib. ABB təmsilçiləri Biznes Mərkəzində yerli istehsal məhsullarının sərgisi ilə də tanış olublar.
Bankın korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli qeyd edib ki, ABB-nin Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlığı regionda real sektorun inkişafına töhfə verəcək: “Yerli sahibkarların maliyyə resurslarına çıxış imkanları genişlənəcək. Onlar güzəştli şərtlərlə kreditlər əldə edəcəklər. Naxçıvanda fəaliyyət göstərən iş adamları ABB-nin Naxçıvan filialına müraciət edərək bu imkanlardan faydalana bilərlər”.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
24 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
29 d. əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 45 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 2 saat əvvəl
-
3 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
3 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
3 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Ən çox oxunanlar
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb

























