Dövlət daxili borcunu yüksək temp ilə artırır - 7 AYDA 1,3 MİLYARD MANAT
2023-cü ilin 7 ayı ərzində (yanvar-iyul) Azərbaycan Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə yerli investorlardan 1 milyard 265 milyon 91 min manat cəlb edib.
Marja.az xəbər verir ki, böyük hissəsi faiz ödənişi qarşılığında cəlb edilmiş bu vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 538 milyon 203 min manat və ya 74% çoxdur. Ötən ilin 7 ayında Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 726 milyon 888 min manat cəlb etmişdi.
Qeyd edək ki, Maliyyə Nazirliyi xarici bazarlarda yerləşdirdiyi istiqrazlar ilə valyutada cəlb etdiyi vəsaitləri (xarici borcları) daxili borclar ilə əvəz etməkdədir.
İstiqrazlar dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi və dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə buraxılır. 2023-cü ilin 1-ci yarısının yekununda dövriyyədə olan dövlət istiqrazlarının 28,5 faizi 1 illik, 54 faizi 2 və 3 illik,17,5 faizi isə 5 və 7 illik dövlət istiqrazlarının payına düşmüşdü.
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
33 d. əvvəl
Azərbaycanın tekstil şirkətinin mayası kəskin azaldıldı - 4,7 MİLYON MANATLIQ KİÇİLMƏ
-
- 47 d. əvvəl
-
49 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
1 saat əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
McDonald’s yenə təəccübləndirdi...
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı



























