5 kateqoriya üzrə keşbek qazancı - ABB-dən yeni layihə
(®) ABB müştərilərə növbəti faydalı yeniliyini təqdim edib.
Belə ki, 1 avqust tarixindən ABB-nin istənilən kart sahibləri yeni “Faydalı keşbek” layihəsindən yararlana bilər. “Faydalı keşbek” ilə müştərilər artıq ABB mobile tətbiqi vasitəsi ilə 1 kateqoriya üzrə deyil, tam 5 kateqoriya üzrə keşbek qazana biləcəklər. Kateqoriyaların sayının artması, kart sahiblərinin daha çox keşbek qazanmasına səbəb olacaq.
Üstəlik, indi keşbekləri toplayıb onları ABB mobile tətbiqi daxilində yalnız kommunal, mobil və internet ödənişlərə sərf etmək yox, həm də müştərinin kart hesablarına da köçürmək mümkündür. Beləliklə, müştəri keşbek balansında yığılmış vəsaiti istədiyi zaman öz kartına köçürüb ödənişlər apara, hətta nağdlaşdırma imkanından yararlana bilər.
Yeniliklər bununla bitmir. Daha çox keşbek qazanmaq üçün ödənişi ABB-nin müxtəlif kartları, o cümlədən maaş və pensiya kartları ilə həyata keçirmək olar. Azercell Co-Brand və ABB Miles kartları istisna olmaqla, istənilən ABB kartı ilə edilən ödənişlər müştəriyə daha çox keşbek və daha çox qazanc gətirəcək. Azercell Co-Brand və ABB Miles kartları üzrə mövcud loyallıq layihələri barədə məlumatlar isə Bankın rəsmi internet səhifəsində qeyd olunub.
Qeyd edək ki, “Faydalı keşbek” ABB-nin yeni layihəsidir. Müştərilər bu layihə çərçivəsində xərclədikcə daha çox qazanırlar. “Faydalı keşbek”-in üstünlüklərindən yararlanmaq üçün ABB mobile tətbiqini yeniləmək lazımdır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
-
24 d. əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 50 investor əldə etdi
-
29 d. əvvəl
Aərbaycan ilə dünyanın aparıcı neft ticarəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
- 45 d. əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 2 saat əvvəl
-
3 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
3 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
3 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Ən çox oxunanlar
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
























