“Euroclima” şirkəti dünyaca məşhur brendi Azərbaycana gətirir
(®) Bu gün “Four Seasons Hotel”də Azərbaycanın mühəndislik sektorunda öz nüfuzu ilə seçilən “Euroclima” şirkəti ilə “ZKTeco” Çin şirkətinin əməkdaşlığına həsr olunan tədbir keçirilib.
Tədbirdə “ZKTeco” Çin şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri, memarlar və media mənsubları iştirak ediblər.
Tədbirdə çıxış edən “ZKTeco” şirkətinin rəsmisi Boris Yanqın sözlərinə görə, sözügedən brend Çində biomretrik texnologiyalar üzrə aparıcı şirkətdir və "Euroclima" ilə əməkdaşlıq müqaviləsi onlar üçün böyük qürurdur.
“Euroclima” şirkətinin rəhbəri Aslan Abdullayev isə şirkətin fəaliyyətindən söz açaraq, uğurlarından danışıb. Bildirib ki, Azərbaycanın inşaat sektorunda öz sözünü deyən, dünya şöhrətli istehsalçıların məhsullarının idxalı, satışı, layihələndirilməsi, montajı və montaj sonrası servisi ilə məşğul olan yerli “Euroclima” şirkəti 20 ilə yaxındır ki, fəaliyyət göstərir.
““Bayıl Bay Tower”, “Baku Bay Tower”, “Bravo” marketlər şəbəkəsinin 48 filialı, McDonald”s restoranlar şəbəkəsinin 6 filialı, Univerium (AZDNSU), Amrahbank, Qəbələ rayonunun Nohur Qışlaq kəndindəki “Cümə Məscidi”, “Wyndham Garden hotel”, “İnterContinental hotel”, Suraxanı gəmi muzeyi, “Dalğa Plaza” iş mərkəzi, “Baku Modern School” və digər bu kimi 100-ə yaxın sosial əhəmiyyətli binaların mühəndislik işləri “Euroclima”nın adı ilə bağlıdır. “Euroclima” şirkətinin ən qürurlu layihəsi isə strateji əhəmiyyətli “Zəngilan Hava Limanı”dır”.
Çıxışlardan sonra hər iki şirkətin fəaliyyətini əks etdirən video-çarxlar nümayiş olunub.
Onu da qeyd edək ki, cəmiyyətin müxtəlif sahələrində komfort, rahatlıq və güvən üçün çalışan “Euroclima” şirkəti ZKTeco Çin şirkətinin ölkəmizdəki yeganə rəsmi təmsilçisidir.
ZKTeco - girişə nəzarət, təhlükəsizlik yoxlaması, parkinqin idarə edilməsi, ağıllı kilidlər və video nəzarət sistemlərinin istehsalı üzrə dünya üzrə aparıcı şirkətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
14 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 18 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























