Türkiyə Mərkəzi Bankının inflyasiya proqnozunda kəskin artım
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının yeni sədri Hafize Gaye Erkan ictimaiyyət qarşısında ilk inflyasiya hesabatını təqdim edib. Erkan, TCMB-nin 2023-cü il üçün il sonu inflyasiya proqnozunu 22,3 faizdən 58 faizə qaldırdığını bildirib. Erkan deyib ki, TCMB-nin əsas məqsədi qiymət sabitliyidir.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) yeni sədri Hafize Gaye Erkan ilk inflyasiya hesabatı təqdimatında bankın il sonu inflyasiya proqnozlarında kəskin yüksəliş dəyişikliyi (reviziyası) etdiyini açıqlayıb.
Marja.az xəbər verir ki, Erkan, əvvəlki İnflyasiya Hesabatında 22,3% olan 2023-cü il üçün inflyasiya proqnozunun 58%-ə yüksəldildiyini açıqlayıb.
Erkan bildirib ki, pul siyasəti və faizin artırılması tədbirlərinin əsas inflyasiya trendinə müsbət təsirləri 2024-cü ilin ikinci rübündə müşahidə edilməyə başlayacaq.
TCMB sədri inflyasiyanın zirvəsinin 2024-cü ilin ikinci rübündə 60% ətrafında olacağını gözlədiklərini bildirib.
TCMB, Erkanın sədrliyi ilə keçirdiyi iki iclasda faizini 9 faiz bəndi artıraraq 17,50 faizə çatdırıb. Bank faizin artırılması prosesinin mərhələli olacağını vurğulayıb.
Seçkilərdən sonra məzənnə, vergi və maaş artımları ölkədə qiymətlərin yüksəlməsinə səbəb olur.
Daha əvvəl 5% olaraq açıqlanan 2025-ci ilin sonu üçün inflyasiya proqnozu 15%-ə qaldırılıb.
Beləliklə, hesabata görə, TCMB 5 faizlik inflyasiya hədəfinə qayıtmağın mümkün olmayacağını təxmin edir.
TCMB məzənnənin inflyasiyaya təsirini hesablayıb
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı ilin üçüncü inflyasiya hesabatında inflyasiya dinamikası ilə bağlı ətraflı təhlillərə yer verib. Hesabatda məzənnədə 10 faiz artımın istehlak qiymətlərinə təsirinin bir il ərzində 2,5 faiz bəndi civarında olduğu qeyd edilib.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 31 d. əvvəl
- 37 d. əvvəl
-
-
1 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
-
1 saat əvvəl
Kapital Bank “Globee–Innovation Awards”dan qızıl mükafata layiq görüldü
- 1 saat əvvəl
-
1 saat əvvəl
Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
-
1 saat əvvəl
"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ
-
2 saat əvvəl
Nazirlər Kabineti gələn ilin dövlət büdcəsinin layihəsini Prezidentə təqdim edəcək
-
3 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
3 saat əvvəl
Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR
-
3 saat əvvəl
Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
Son Xəbərlər

Unibank Xankəndidə sahibkarlar üçün təqdimat edib

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu

Supermarket şəbəkəsi "Xalqlar"da daha bir filialını açır

Sentyabrın 26-da gözlənilən hava şəraiti

Bakıda “BYD” ilə müzakirələr aparılıb

AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!

“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib
