“Azərpoçt”un sədri media qarşısına çıxdı, şirkətin 6 aylıq gəlir və xərclərini açıqladı
“Azərpoçt” MMC 2023-cü ilin birinci yarımilliyi üzrə media əməkdaşları üçün brifinq keçirib.
Brifinqdə çıxış edən “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov “Azərpoçt” MMC-nin 2023-cü ilin birinci yarısında gördüyü işlər, eləcə də qurumun maliyyə vəziyyəti barədə ətraflı məlumat verib.
Qeyd edilib ki, 2021-ci ildən yenilənmə mərhələsinə keçid edən “Azərpoçt” MMC-də transformasiya prosesləri ilə yanaşı, “Postcargo”, “Retail”, “Logistika” kimi irihəcmli layihələrə də start verilib. Bundan əlavə, poçt operatorunun “VISA” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü statusunu alması və nəticə etibarilə nağdsız poçt əməliyyatlarının aparılması ilə maliyyə şəffaflığının təmin olunmasındakı əhəmiyyəti də vurğulanıb.
Qeyd edilib ki, 2023-cü il üzrə illik gəlir ilin ilk 6 ayı üzrə 33 milyon manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəkindən 3% çoxdur.
Cari ilin ilk 6 ayında xalis mənfəət 2,3 milyon manat, EBİTDA isə 4,2 milyon manat olub.
Həmin dövrdə qurumun xərcləri 31 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16% çoxdur. Xərc artımının 55%-i əməkhaqqı xərclərinin payına düşür. Əməkhaqqı xərcləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artıb. Belə ki, 2023-cü ilin əvvəlində minimum əməkhaqqının 17% artımı (300 manatdan 350 manata) xərclərin artımına səbəb olub.
Əfqan Cəlilov qeyd edib ki, “Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub.
Media nümayəndələrinin suallarını cavablandıran qurum rəhbəri “Azərpoçt”un keçən ildən start verilən transformasiya proseslərinin növbəti iki ildə də davam etdiriləcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















