“AFB Bank” 2023-cü ilin birinci yarısın 5,5 milyon manat xalis mənfəətlə başa vurub
Ölkənin qabaqcıl banklarından olan “AFB Bank” ASC 2023-ci ilin birinci yarısını (yanvar-iyun) 5 milyon 495 min manat xalis mənfəətlə başa vurub.
Bu barədə Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, cari ilin ilk 6 ayında Bankın xalis faiz gəlirləri üzrə 6.8 milyon, xalis haqq və komissiya gəlirləri üzrə isə 2.9 milyon gəlir əldə edilib.
“AFB Bank”ın ümumi kredit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 11%, depozit portfeli isə 16% artmışdır.
Fiziki şəxslərin müddətli əmanətləri ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox (keçən il 1 milyondan bu il 11.5 milyona), hüquqi şəxslərin müddətli əmanətləri isə 10 % (keçən il 19.6 milyondan bu il 21.7 milyona) artmışdır.
Bank kapitalının gəlirliliyi əmsalı (ROE) 14.1%, Aktivlərin gəlirliliyi əmsalı (ROA) isə 3.3% təşkil etmişdir.
Bankın məcmu kapitalının və I dərəcəli kapitalının adekvatlıq əmsalı Mərkəzi Bankın normalarından dəfələrlə artıqdır. Belə ki, məcmu kapitalın adekvatlıq əmsalı MB normasına əsasən 10% həddində müəyyən edilmişdir ki, bankın bu göstəricisi 40.23% təşkil edir. I dərəcəli kapitalın norması isə 5% olsa da, bankda 23% olmuşdur.
Qeyd edək ki, bankın məcmu kapitalı 76 milyon 589 min manat təşkil edir.
Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq, “AFB Bank” hər rüb məcmu kapital da daxil olmaqla, maliyyə hesabatını rəsmi saytında açıqlayır.
Hazırda “AFB Bank” 7 filial və 4 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 35 d. əvvəl
-
50 d. əvvəl
“Azərpoçt” və “Expressbank” Agent Bankçılıq layihəsinə start verib
- 59 d. əvvəl
-
1 saat əvvəl
İsveçrədən Azərbaycana idxal edilən uşaq qidasında çirkləndirici aşkar olunub
-
1 saat əvvəl
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
-
1 saat əvvəl
Azərbaycanda 5 bankın problemli kreditləri 60 milyon manatdan çoxdur - RENKİNQ
-
2 saat əvvəl
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 23-də gözlənilən hava şəraiti
AccessBank 7 milyon dollarlıq kredit xətti cəlb edib
Özəl tibb müəssisələri onkoloji yardım həyata keçirə biləcək
Ən çox oxunanlar
Azərbaycanın xam neft ixracının dəyəri 16 faizdən çox azalıb
Çinin taxıl istehsalı rekord qırıb
Fransa bankı yüzlərlə əməkdaşını işdən çıxaracaq
Moody’s: Tənzimləmə islahatları Azərbaycanın bank sektorunun dayanıqlığını gücləndirib
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir






















