Dövlət Xidmətində elektronika mallarının satışı şirkətləri və servis mərkəzləri ilə görüş keçirilib
Şirkətlərə istehlakçı şikayətlərinə baxılma prosedurlarının müəyyənləşdirilməsi, çağrı mərkəzlərinin effektivliyin artırılması və vətəndaş sorğularının operativ cavablandırılması tövsiyə edilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində elektronika mallarının satışı ilə məşğul olan şirkətlər və onlarla müştərək fəaliyyət göstərən servis mərkəzlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.
Görüşdə istehlakçıların əyani və onlayn qaydada keyfiyyətli mal, iş və xidmət əldə etmək hüquqları, məişət təyinatlı mürəkkəb texniki malların satışına dair tələblər, təminat və zəmanət öhdəlikləri barədə ətraflı məlumat verilib.
Bildirilib ki, şirkətlərdə istehlakçı şikayətlərinə baxılma prosedurunun, daxili reqlamentlərdə bu müraciətlərlə əlaqədar risk portfelinin və ekspertiza qaydalarının müəyyənləşdirilməsi, çağrı mərkəzlərinin fəaliyyəti üzrə effektivliyin artırılması və vətəndaş sorğularının operativ cavablandırılması zərurət təşkil edir. Əlavə olaraq, elektronika mallarının Azərbaycan dilində tərtib olunmuş texniki pasportları və ya məhsulun əsas xüsusiyyətləri barədə qısa mətnin hazırlanaraq istehlakçılara təqdim olunması, qüsurlu malların texniki müayinəsi zamanı alıcının iştirakının təmin edilməsi tövsiyə edilib.
Sonda tədbir iştirakçılarının istehlakçı hüquqlarına dair qanunvericilikdə nəzərdə tutulmuş hallarla bağlı sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























