Dövlət istiqrazlarına investisiya imkanları: 10.15%-ƏDƏK GƏLİR
(®) Məlumdur ki, ölkəmizdə müxtəlif gəlir və risk səviyyələrinə uyğun qiymətli kağızlardan – dövlət və korporativ istiqrazlardan investisiya aləti kimi istifadə olunur. Bu səbəbdən ölkədaxili maliyyə sisteminin genişləndirilməsi və eləcə də büdcə kəsrinin maliyyələşməsində istiqrazların inkişafı ciddi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Azərbaycanın qiymətli kağızlar bazarında artıq bir neçə ildir ki, Maliyyə Nazirliyinin tədavül müddətinə görə qısamüddətli, ortamüddətli və uzunmüddətli istiqrazları buraxılır. Belə ki, tədavül müddətlərinə əsasən bu istiqrazlarda gəlirlilik faiz dərəcələri dövrlər üzrə tələbə uyğun olaraq fərqlidirlər. İyun ayı üzrə bu istiqrazların faiz dərəcələri - 1 illik - 6.49%, 2 illik - 8.25%, 3 illik - 9.90% və 5 illik üzrə 10.15% olmuşdur.
Dövlət istiqrazları, Bakı Fond Birjasında kifayət qədər ticarət həcminə sahib maliyyə alətləridir. Maliyyə Nazirliyinin istiqrazları üzrə hüquqi və fiziki şəxslər, rezident və qeyri-rezidentlər alıcı qismində çıxış edə bilərlər.
Digər maliyyə alətləri ilə müqayisədə yüksək likvidliyə sahib olan dövlət istiqrazları investorlara təkrar bazarda toplanmış faizləri itirmədən istiqrazları sataraq vəsaitlərini nağdlaşdırma imkanı yaradır. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən bu istiqrazlar vergidən azad azaddır.
Bakı Fond Birjasının aparıcı iştirakçılarından biri olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, Azərbaycan hökumətinin yerli bazar üçün müxtəlif müddətlərə buraxdığı manat istiqrazlarını, eyni zamanda xarici valyutada denominasiya olunmuş avroistiqazlarını (Avrobond) rahatlıqla alınması və satılmasında vasitəçilik xidməti göstərir.
Şirkət, Anderrayter vəzifəsində çıxış edərək Azərbaycan pul bazarından sərbəst vəsaitlərin investisiyaya cəlb edilməsi üçün dövlət istiqrazları ilə yatırım fürsəti təqdim edir.
İstiqrazlara investisiya ilə bağlı müraciət etmək üçün əlaqə saxlaya bilərsiniz.
1548
+994 12 493 33 66
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 d. əvvəl
Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir
-
-
11 d. əvvəl
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
- 12 d. əvvəl
- 33 d. əvvəl
-
38 d. əvvəl
Qeyri-sabit hava şəraiti səbəbindən Aqrar Sığorta Fonduna müraciətlər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
MyShops-dan Ramazana özəl 60%-dək endirim və faizsiz hissəli ödəniş kampaniyası
-
1 saat əvvəl
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
-
2 saat əvvəl
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
"İranla danışa bilərik. İranlılar danışmaq istəyirlər"
“Qoşadaş” sahəsində dəniz dibinin tədqiqatı üzrə işlərə başlanılır
"Avto Azərbaycan"ın 30 illik yubileyi yaşıl təşəbbüslə qeyd olundu: 300 AĞAC ƏKİLDİ
Ən çox oxunanlar
Azərbaycanda Tam KASKO sığortasının 20% endirimlə satışına başlanıb
InvestAz-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nazir quşçuluq müəssisələrində olub, müzakirələr aparılıb
"Azərişıq" barəsində iş açılıb






















