"GoldenPay" şirkəti " Yüksək Texnologiyalar Parkının rezidenti oldu!
Azərbaycanın onlayn ödəmələr bazarında ilk və ən böyük şirkəti "GoldenPay" ASC, sistem inteqrasiyası və inkişafı sahəsində fəaliyyəti üzrə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində Yüksək Texnologiyalar Parkının rezidentlik qeydiyyatına alındığını elan edir.
Şirkət sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi sahələrində fəaliyyətə icazə alıb.
"GoldenPay"in yaydığı məlumata görə, artıq 16 ildirki, istifadəçilərinə yüksək keyfiyyətli, sürətli və təhlükəsiz, ən son texnoloji yeniliklərə uyğun xidmət göstərən GoldenPay şirkəti, bugün də mövcud olduğu bazarda rəqabət üstünlüyünu qoruyub saxlamağı bacarmışdır.
"Fəaliyyətə başladığı ilk gündən şirkətin başlıca məqsədi insanların ödəmə vərdişlərini dəyişdirərək vaxta qənaət etmələrinə kömək etməkdir. Bu səbəbdən də 2011-ci ilin aprel ayında şirkət Hesab.az onlayn ödəmə portalını yaratdı. Platforma vasitəsilə kommunal, stasionar və mobil rabitə, internet, bank və mağaza kreditləri, parkinq ödənişləri etmək, onlayn sığorta alışı, kinoteatr biletləri və s. əldə etmək mümkündür.
GoldenPay/Hesab.az şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı www.hesab.az saytından, *0713 Çağrı Mərkəzindən və ya platformanın Facebook, İnstagram səhifələrindən əldə etmək olar",- Şirkətin məlumatında bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

















