AQTA: “Bu il ciddi pozuntulara görə 2 milyon manatdan çox cərimə tətbiq edilib”
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bu ilin 6 ayı ərzində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış alınmaqla 1531-i planlı, 799-u plandankənar olmaqla, ümumilikdə 2 330 yoxlama aparıb”.
Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, yoxlama, monitorinq və digər nəzarət tədbirləri çərçivəsində 2 541 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul olunub: "Bu qərarlardan 157-si şərti cərimə, 2 384-ü inzibati qaydada cərimə edilmə barədə olub. Ümumilikdə 2 milyon manatdan çox cərimə tətbiq edilib.
Aparılan nəzarət tədbirləri nəticəsində, ümumilikdə 1 976 ton, 406 min 327 litr və 85 min 394 ədəd qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə aid məhsul barədə məhvetmə qərarları qəbul olunub. Eyni zamanda 14 ton yağ və 3 ton 800 kq qənd məhsulunun utilizasiyasına dair qərarlar qəbul edilib. Bundan əlavə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində aşkar olunmuş ciddi pozuntularla bağlı 1339 məhdudlaşdırıcı tədbir tətbiq edilib".
Q.Təhməzli deyib ki, Agentlik tərəfindən qida məhsullarına dair Multimonitorinq Planı hazırlanıb: "Həmin Planın icrası məqsədilə müxtəlif qida məhsullarından nümunələr götürülüb və müayinə üçün laboratoriyaya təqdim olunub. Nəzarət tədbirləri çərçivəsində müayinə məqsədilə laboratoriyaya təqdim etmək üçün ticarət şəbəkələrində satışa çıxarılan düyü məhsullarından 25 nümunə götürülüb. Bunlardan 4-ü yerli istehsal, 21-i idxal edilən düyü məhsulu olub. Götürülmüş nümunələr bitki geni (mənşəyi), nəmliyin və nişastanın təyini üzrə laborator müayinələrə cəlb olunub. Nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib".
Telefonunda Telegram var? Marja.az-ın kanalına buradan abunə ol!
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 4 saat əvvəl
-
11 saat əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
14 saat əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
15 saat əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
16 saat əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
16 saat əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 16 saat əvvəl
-
16 saat əvvəl
“Ələt Azad İqtisadi Zonasının karqo terminalı ilə illik 500 min ton yük daşınacaq”
- 17 saat əvvəl
-
17 saat əvvəl
328 tam təmirli mənzil kirayə mexanizmi ilə satışda - aylıq ödənişləri 376 manatdan başlayır
-
17 saat əvvəl
İstehlak kreditləri portfelinin dollarlaşması tarixi minimuma enib