Bəzi İnternet provayderlərin rəqibləri haqqında yaydığı məlumatlar barədə açıqlama - SUİ-İSTİFADƏ HALI
Azərbaycanın bəzi internet provayderlərinin biznes fəaliyyətləri haqqında istehlakçılar arasında əsassız məlumatların yayılması barədə şikayətlər daxil olmaqdadır.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.
Telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumun açıqlamasına görə, bəzi bazar iştirakçılarının əməkdaşları və xidmət satışı ilə məşğul olan şəxslər digər provayderlərin abunəçiləri ilə fərdi qaydada görüşərək onlara xidmət göstərən provayderin təsərrüfat fəaliyyəti haqqında həqiqətə uyğun olmayan şayiələr, o cümlədən provayderin fəaliyyətini dayandıracağı, müflis olması, külli miqdarda borcunun olması və bu kimi nüfuzdan salan məlumatlar yayır.
"Şikayətçi provayderlər ehtimal edir ki, bu addımla həmin internet provayderlər abunəçini xidmətdən imtina etməyə sövq edərək öz tərəflərinə çəkmək məqsədi güdür. İKTA bazardakı bu cür sui-istifadə hallarından narahatdır və bildirir ki, istehlakçılar bu məlumatların doğruluğunu öz provayderləri ilə dəqiqləşdirə bilərlər. Eyni zamanda istehlakçılar internet provayderlərin mövcud siyahısı ilə bu linkdə tanış ola və provayderin fəaliyyətdə olub-olmamasını müstəqil şəkildə yoxlaya bilərlər. İnternet provayderlərin uçota alınmadan fəaliyyəti “Telekommunikasiya haqqında” qanunun pozulması halıdır və belə halların qarşısı qanun çərçivəsində alınacaq", - deyə açıqlamada qeyd olunub.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat




















