Neft gəlirləri “qızıl qayda” ilə xərclənəcək
Neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək “qızıl qayda”nın qəbul edilməsi nəzərdə tutulur.
“Marja” xəbər verir ki, bu Azərbaycan iqtisadiyyatının Strateji Yol Xəritəsində bildirilir.
Yol xəritəsində deyilir ki, Azərbaycanın dövlət büdcəsinə ARDNF-in transfertində sabitliyi təmin etmək üçün “qızıl qayda”nın tətbiqi nəzərdən keçiriləcəkdir. Hazırda ARDNF-in Maliyyə Nazirliyinə köçürdüyü vəsaitlərin məbləği neftin qiymətindən asılı olaraq dəyişir. Fond ilə Maliyyə Nazirliyi arasında “qızıl qayda” adlanan daha ciddi köçürmə mexanizmi köçürülən məbləğləri sabitləşdirərək, dövlət xərclərini (və beləliklə də ÜDM-in artımını) neftin qiymətindəki dəyişkənliklərdən daha yaxşı qoruya bilər.
Bu mexanizm bir sıra üstünlüklərə malikdir və bunların ən əsası sabitlikdir. “Qızıl qayda” ÜDM-in dəyişkənliyini azaldaraq Maliyyə Nazirliyi üçün əlçatan vəsaitlərin həcminin və manatın mübadilə məzənnəsinin proqnozlaşdırılmasını daha da asanlaşdıracaqdır. Proqnozlaşdırma imkanları da öz növbəsində uzunmüddətli artım və şaxələndirmə, habelə uzunmüddətli planlaşdırma və dövlət xərclərinin səmərəliliyinin yüksəldilməsi üçün şərait yaradacaqdır.
Dövlət xərclərinin əhatəsi və dəyişkənliyinin məhdudlaşdırılması özəl sektorun sıxışdırılması imkanını da məhdudlaşdırır. Bunun digər təsiri Maliyyə Nazirliyinin bəzi illərdə dövlət büdcəsinin potensial kəsirini maliyyələşdirmək üçün kapital bazarlarına çıxışının tələb edilməsində özünü göstərəcək, bu isə kapital bazarının dərinləşməsinə töhfə verəcəkdir.
Bundan əlavə, ARDNF-dən dövlət xəzinədarlığına vəsaitin köçürməsinin optimal məbləği dəqiq müəyyən edilmədiyindən, Fond tərəfindən daha yüksək gəlirli və uzunmüddətli investisiya edilməsində çətinlik yaranır. Büdcəyə transfertlərin məbləğinin məhdudlaşdırılması ARDNF-ə toplanan vəsaitlərin həcmini artıraraq, gələcək nəsillər üçün faydalı olacaqdır. Bununla belə, “qızıl qayda”nın həyata keçirilməsi və artımın təmin edilməsində mühüm amil xərclərin müəyyən səviyyədə saxlanılmasından ibarətdir. Azərbaycanda dövlət xərcləri müəyyən səviyyədən aşağı endikdə uzunmüddətli mənfəət əldə etmək perspektivləri azala bilər. Bu vəsait iqtisadiyyatın inkişafı üçün lazım olduğuna görə uzunmüddətli perspektiv naminə qısamüddətli perspektivdə qarşıda duran məsələlər də diqqət mərkəzində saxlanılacaqdır.
TƏCRÜBƏDƏ “QIZIL QAYDA”
Təcrübədə “qızıl qayda” Mahiyyət etibarilə, “qızıl qayda”nın tətbiqi neft gəlirlərindən həddən artıq asılılıq səbəbindən dövlət büdcəsinin resurslarını məhdudlaşdıra bilər. Bunun təsiri aşağıdakı kimidir: dövlət cari və kapital xərcləri üçün büdcəni tərtib edir. Büdcə xərclərinin böyük hissəsi qeyri–neft gəlirləri ilə ödənilir və qeyri–neft gəlirlərində kəsir (vergi–xərc fərqi) kiçik olduğuna görə, “qızıl qayda”da nəzərdə tutulduğu kimi, bu fərq neft gəlirlərinin orta həddə müəyyən edilmiş məbləği ilə ödənilir. Neft gəlirlərinin digər hissəsi özəl investisiyaların sıxışdırılmasının qarşısının alınması üçün xarici ölkələrə investisiya yatıran xüsusi fondda toplanır. Bu fond insanlar üçün gələcək ehtiyat toplamaqla, zaman keçdikcə böyüyür. Fondun özü bufer rolunu oynayır; neft qiymətləri müəyyən həddən aşağı düşdükdə fondda toplanmış ehtiyatlar dövlət büdcəsinə davamlı köçürülməklə baş verən dövri dəyişkənliklərə qarşı təhlükəsizlik buferi təmin edilir.
Təbii ehtiyatlardan asılı olan ölkələrin çoxunda müstəqil ehtiyat fondu yaratmaq və neft sektorundan asılılığı azaltmaq üçün müxtəlif prinsiplər tətbiq edilir. Məsələn, Norveçin neft fondu olan Norveç Dövlət Pensiya Fondundan dövlət büdcəsinə ildə 4 faiz həcmində transfert etməyə icazə verilir. Botsvananın Pula Fondu ölkənin almaz ehtiyatlarından əldə edilən gəlirləri gələcək nəsillər üçün saxlayır. Norveç Pensiya Fondundan fərqli olaraq, Pula Fondu faiz qaydası tətbiq etmir. Bunun əvəzində, ölkənin bütün digər xarici ehtiyatları müəyyən edilmiş həddən yüksək nisbətə çatdıqda həmin fonda köçürülür. Təbii resurslardan asılı digər ölkələr yuxarıda qeyd edilən Norveç və Botsvana təcrübəsinə bənzər yanaşmalardan istifadə etsələr də, resurs qiymətlərindəki dəyişkənliklərdən qorunmağa daha az diqqət yetirirlər. Bu mexanizmlər “qızıl qayda”nın əsas xarakteristikasını heç də mütləq şəkildə nəzərə almır. Məsələn, Çili 63 mis ehtiyatlarından əldə edilən gəlirlər üçün iki fond yaratmışdır: Pensiya Ehtiyat Fondu (PEF) və İqtisadi Sosial Stabilləşdirmə Fondu (İSSF). İstənilən müsbət saldo bu fondlara köçürülür. 2009-cu il böhranının nəticələrini minimuma endirmək üçün fondlardan irihəcmli xərclərə baxmayaraq, hər iki fond böyüməkdədir. Qazaxıstan, Küveyt və Türkmənistan da fərqli uğur səviyyələri ilə neftdən əldə edilən gəlirləri gələcək nəsillərə saxlamaq üçün eyni xarakterli fondlara malikdirlər.
15%-Ə ENDİRİLƏCƏK
“Qızıl qayda” ilə dövlət büdcəsinin ARDNF-in transfertlərindən asılılığının azaldılması nəzrdə tutulur. Bu gün dövlət sektorunda xərclənən hər ikinci manat (təqribən 50 faizi) ARDNFdən edilən transfertlərin hesabına maliyyələşdirilir. Bu rəqəm 2025-ci ilə qədər 15 faizə endirilməlidir. ARDNF-in transfert edə biləcəyi məbləğ onun gəlirləri ilə, yəni neftin qiymətləri ilə sıx əlaqələndirilmişdir. Bu asılılıq Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklərin ciddi təsirinin əsas səbəblərindən biridir. İqtisadiyyatda özəl investisiyaların payını artırmaq üçün sabit artım tempinin olması çox vacibdir və dövlət büdcəsinin Neft Fondunun transfertlərindən daha az asılı olmasını tələb edir.
Daha ətraflı Ətraflı ->
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
2 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
2 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























