Azərbaycanda Lexus avtomobillərini satan şirkət ixraca başlayıb - 14,9 MİLYON DOLLARLIQ İXRAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyun sayını dərc edib.
Marja.az xəbər verir ki, “İxrac icmalı”nda qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-may aylarında (ilk 5 ayda) həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi təqdim olunub.
2023-cü ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqininin ilk onluğunda “Lexus-Bakı” MMC də təmsil olunurlar.
“Lexus-Bakı” MMC şirkəti 14,9 milyon dollarlıq (25,33 milyon manat) ixrac ilə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 9-cu yerdədir. Ötəni ilin ilk 5 ayında “Lexus-Bakı” MMC-nin ixracı olmamışdı.
“Lexus-Bakı” MMC Lexus brendinin Azərbaycanda rəsmi dileridir. 2010-cu ildə dövlət qeydiyyatına alınmış şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov, ev 26, Direktoru Qafarlı Pərvizdir. F. Bayramov küç., 33A ünavnında Lexus Bakı Mərkəzi fəaliyyət göstərir.
“Lexus-Bakı” MMC-nin rəhbərliyi ilə əlaqə saxladıq, lakin qeyri-iş günü olduğundan telefon zənglərimizə cavab verilmədi. “Lexus-Bakı” MMC-nin bu il ixrac gəliri əldə etməsi avtomobillərin və ehtiyat hissələrinin təkrar ixracı ilə bağlı ola bilər. Rusiya Ukrayanın ərazilərini işğal etdikdən sonra bir çox beynəlxalq avtomobil şirkətləri Rusiyaya birbaşa satışı dayandırıblar. Hazırda Rusiyada fəaliyyət göstərən əksər dilerlər avtomobilləri dost ölkələrdə fəaliyyət göstərən dilerlər vasitəsilə idxal edirlər.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ilin ilk 5 ayında Azərbaycandan 58 milyon 458 min dollarlıq yerüstü nəqliyyat vasitələri və onların hissələri ixrac olunub. Ötən ilin eyni dövründə bu qrup üzrə malların ixracı 2 milyon 553 min dollar idi. Tam 2022-ci il ərzində isə Azərbaycandan 42 milyon 717 min dollarlıq "Yerüstü nəqliyyat vasitələri (dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa), onların hissələri və ləvazimatları ixrac olunmuşdu.


Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
13 d. əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
55 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
1 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
2 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
























