Apple Pay” və “Google Pay”ə qoşulduqdan sonra “AFB Bank”da nağdsız ödənişlərdə 50%-dən çox artım baş verib
(®) Daima inkişafda olan “AFB Bank” ötən aylarda “Apple Pay” və “Google Pay” xidmətlərini də aktivləşdirərək bu sistemə qoşulan Azərbaycan bankları siyahısına daxil olub.
Bankın yaydığı məlumatda bildirilir ki, hər iki xidmət müştərilər tərəfindən rəğbətlə qarşılanıb, həm əməliyyat sayında, həm də qeyri-nağd dövriyyədə nəzərəçarpan artımlar olub.
Qeyd edilib ki, bu xidmətlər aktivləşdikdən sonra qeyri-nağd kart dövriyyəsi ümumilikdə 52% artaraq 24.5 milyona manata çatıb. Bu, bankın statistikasında rekord göstəricidir. “Apple Pay” və “Google Pay” xidmətlərinin aktivləşməsi bankın mobil tətbiqinin də yükləmələrinin sayını artırıb. Məsələn, təkcə Android istifadəçilərinin sayı 10%-ə yaxın çoxalıb.
Məlumat üçün bildirək ki, “Apple Pay” və “Google Pay” elektron cihazlar vasitəsilə təmassız ödənişlərin qəbul olunduğu istənilən məntəqədə asanlıqla ödəniş etməyə imkan verir. Müştərilərin xidmətə maraq göstərmələrinin digər səbəbləri də karta fiziki ehtiyacı aradan qalxması, ödənişlərin saniyələr içində rahat şəkildə edilməsi və tam təhlükəsiz olmasıdır.
“AFB Bank” kartları üçün bu xidməti aktivləşdirmək istəyən şəxslər bankın tətbiqi vasitəsilə bunu edə bilərlər. Həmçinin cihazın əməliyyat sisteminə uyğun olaraq “Apple Wallet” və “Google Wallet” tətbiqlərindən də xidmətə qoşulmaq mümkündür.
“AFB Bank”ın bu və digər xidmətləri barədə ətraflı məlumatı afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
12 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"

















