Türkiyə Mərkəzi Bankı son dövrlərin ən həyacanlı qərarını açıqladı
Türkiyə Mərkəzi Bankı faizini 8,50 faizdən 15 faizə qaldırdı. Sorğuya qatılan qurumların gözləntiləri faiz dərəcəsinin 25 faizə yüksəldilməsi idi.Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) mühüm faiz qərarını açıqladı.
Marja.az xəbər verir ki, TCMB uçot dərəcəsini 8,50%-dən 15%-ə qaldırdı.
Beləliklə, Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 6,5 faiz bəndi artırdı. Bazar Bankın 16,5 faiz bəndi artırım edərək 25%-ə qaldıracağını gözləyirdi. TCMB gözləniləndən aşağı faiz artımı edib.
Türkiyədə Mehmet Şimşəkin maliyyə naziri və Hafize Gaye Erkanın Mərkəzi Bankın sədri təyin edildikdən sonra bazarlarda ortodoks siyasətlərə (ənənəvi) dönüşün olacağı gözlənilirdi.
"İdarə Heyəti inflyasiyanı mümkün qədər tez aşağı salmaq, inflyasiya gözləntilərini lövbərləmək və qiymət davranışının pisləşməsinə nəzarət etmək üçün monetar sərtləşdirmə prosesinə başlamaq qərarına gəlib", -TCMB-mım press-relizində bildirilir.
Qeyd edilib ki, qlobal iqtisadiyyatda inflyasiya azalsa da, hələ də uzunmüddətli orta göstəricilərdən xeyli yuxarıdır. Bu səbəbdən bütün dünyada mərkəzi banklar inflyasiyanı azaltmaq üçün tədbirlər görür.
"Ölkəmizdə son göstəricilər inflyasiyanın əsas tendensiyasının artdığını göstərir. Bu inkişaf daxili tələbin güclü olması, xərc təzyiqləri və xidmət inflyasiyasının sərtliyi ilə bağlı olmuşdur. Bu amillərlə yanaşı, İdarə Heyəti qiymət davranışının pisləşməsinin inflyasiyaya əlavə mənfi təsir göstərəcəyini gözləyir.
İdarə heyəti uçot dərəcəsini, inflyasiyanın əsas tendensiyasının azalmasını və orta müddətli dövrdə 5 faizlik hədəfə çatmasını təmin edəcək pul və maliyyə şərtlərini yaradacaq şəkildə müəyyən edəcək. Sərt pul siyasəti inflyasiya proqnozunda əhəmiyyətli yaxşılaşma əldə olunana qədər zərurət yarandıqda tədricən gücləndiriləcək. İnflyasiyanın göstəriciləri və inflyasiyanın tendensiyası yaxından izləniləcək və TCMB əsas məqsədi qiymət sabitliyi istiqamətində sərəncamında olan bütün alətlərdən qətiyyətlə istifadə etməyə davam edəcəkdir", pres-relizdə bildirilir.
Qeyd edilib ki, pul siyasətinin effektivliyi monetar sərtləşdirmə prosesinin başlanması ilə artacaq.
Şura öz qərarlarını proqnozlaşdırıla bilən, məlumat yönümlü və şəffaf çərçivədə qəbul etməyə davam edəcək.
Qərardan sonra Dollar/Türk Lirəsi məzənnəsi çox dəyişməyib və Bakı vaxtı ilə saat 15:10-da 23,58 lirə səviyyəsində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
38 d. əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
55 d. əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
1 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 2 saat əvvəl
-
2 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir


















