Unibankda biznes hesabını onlayn aç, kampaniyadan faydalan!
(®) Yay ayları ərzində “Unibank”da onlayn biznes hesabı açmaq istəyən sahibkarlara böyük fürsətlər yaradılıb.
Hazırda fərdi və hüquqi şəxs olan sahibkarlar öz işlərini asanlaşdımaq, vaxtlarına dəyər qatmaq üçün bank filialına gəlmədən hesab aça bilirlər. Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır. Onlayn hesab açılan kimi İnternet Bankinq və Mobil Bankinq xidmətləri də dərhal aktiv olunduğundan, biznes sahibi istədiyi vaxt hesabında istədiyi əməliyyatı aparmaq imkanı qazanır. “Unibank”da onlayn hesab açmaq üçün linkə (https://hesab.unibank.az/login) daxil olub, cəmi bir neçə dəqiqə vaxt sərf edərək, ərizə formasını doldurmaq lazımdır.
Avqustun 31-dək ”Unibank”da biznes hesabını onlayn açan sahibkarlar isə həm vaxtlarına, həm də pullarına qənaət etmək imkanı qazanırlar. “Yay kampaniyası” çərçivəsində Unibank müştərisi olmaq istəyən biznes sahibləri üçün gözəl fürsət yaranıb. Kampaniya müddətində bankda avqustun sonunadək onlayn hesab açan, əmək haqqı layihəsinə qoşulan və kartları onlayn sifariş edən biznes sahibləri üçün biznes kartları və əmək haqqı kartları pulsuzdur. Üstəlik hesab açılan tarixdən başlayaraq 3 ay ərzində kartlarla bərabər, əmək haqqı təyinatlı köçürmələr üzrə xidmət haqqı da 0% komissiyalı olacaq.
“Unibank”ın digər biznes məhsul və xidmətlərindən filiallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”, “Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”, eləcə də “Unibank”ın bölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul və xidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.
Unibank- Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 3 saat əvvəl
-
3 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
3 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
3 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
11 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb














.jpg)








