Azərbaycanın İKT şirkəti Huawei-in Yaxın Şərq və Mərkəzi Asiyada ilin tərəfdaşı oldu - FOTOLAR
Çinin Huawei şirkəti Azərbaycanın AVICOM şirkəti ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.(®) Huawei Qazaxıstanda rəqəmsallaşmanın sonsuz imkanlarını araşdırmaq üçün Yaxın Şərq və Mərkəzi Asiya (NE və CA) regionlarının IKT liderlərini bir araya gətirən ilk regional Tərəfdaş Sammitini keçirdi.
Huawei Yaxın Şərq regionunu bu yaxınlarda Mərkəzi Asiyanı da əhatə edəcək şəkildə genişləndirdi. ME&CA-nın ilk tərəfdaş sammiti 5-7 iyun tarixlərində Qazaxıstanın Almatı şəhərində illik Tech Carnival flaqman tədbiri çərçivəsində baş tutdu.
Yaxın Şərq və Mərkəzi Asiyada "Birgə inkişaf et, gələcəyə qalib gəl” şüarı altında keçirilən Huawei Tərəfdaş Sammitində Huawei-nin əsas müəssisə rəhbərləri ən son məhsullar və texnologiyalar, daha geniş sənaye meylləri və regional tərəfdaşlarla bağlı biznes perspektivləri haqqında fikirlərini bölüşüblər.
Tədbirdə Huawei, həmçinin mərkəzi Asiya regionunda həm özəl, həm də dövlət təşkilatlarına İKT xidmətləri və həlləri təqdim edən, baş ofisi Azərbaycanda yerləşən aparıcı İKT provayderlərindən biri olan AVICOM İKT şirkəti ilə strateji əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqavilənin məqsədi yeni texnologiyaların nümayişi, sınaqdan keçirilməsi və öyrənilməsi üçün Bakıda İnnovasiya Təcrübəsi və Tədris Mərkəzinin yaradılmasıdır. İmzalanma mərasimi "Huawei Azerbaijan” şirkətinin baş direktoru David Hu və AVICOM MMC-nin həmtəsisçisi Yalçın Nəhmətov arasında keçirilib.
Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən AVICOM MMC informasiya və kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun, təhlükəsiz və ağıllı şəhərlərin təchizatçısıdır. Şirkətin 130-dan artıq peşəkar mühəndis və İKT xidmətləri göstərən əməkdaşları var. AVICOM MMC Hikvision-un milli distribyutoru və Huawei-in qızıl tərəfdaşıdır. AVİCOM MMC həmçinin İKT xidmətləri sahəsində 10-dan çox qlobal İKT şirkətləri ilə sıx əməkdaşlıq edir.
Yeni İnnovasiya, Təcrübə və Tədris Mərkəzi ölkəmizdə yerli İKT mütəxəssislərinin yetişdirilməsinə, bilik və bacarıqlarının daha da yüksəldilməsinə xidmət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 34 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

















