"Bu istiqamətdə heç bir sərnişin aviabiletsiz qalmayıb, gündəlik 2 minə yaxın sərnişin daşıyırıq"
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) hazırda Bakı ilə Naxçıvan arasında reyslərə sərnişinlərin bütün tələbatını ödəyir. Tam əminliklə bildirik ki, hazırkı dövrdə bu istiqamətdə heç bir sərnişin aviabiletsiz qalmayıb.
Bu barədə AZAL-ın məlumatında bildirilir.
“Belə olduğu təqdirdə isə sərnişinlərdən dərhal AZAL-ın [email protected] elektron ünvanı vasitəsilə müraciət etmələrini xahiş edirik. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran bütün sərnişinlər aviabiletlə təmin olunacaqlar”, - məlumatda qeyd olunur.
Məlumata görə, aviadaşımalar mövsümündə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət tərəfindən bu istiqamətdə hər gün 8-10 uçuş yerinə yetirilir və gündəlik 2 minə yaxın sərnişin daşınır. Hazırda sərnişinlər bu istiqamətdə aviabiletləri həm onlayn, həm də aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirə bilirlər.
Lakin mövcud narahatlığı nəzərə alaraq, yaxın zamanda biletlərin satışı aviaşirkətin rəsmi www.azal.az saytı üzərindən tam onlayn şəkildə həyata keçiriləcək. Onlayn satışa keçidin dəqiq tarixi ictimaiyyətə açıqlanacaq.
Bir daha xatırlatmaq istərdik ki, hazırda aviabiletlərin dəyəri Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə aviabiletin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manatdır. Xüsusi kateqoriyadan olan şəxslərə isə 10 manat məbləğində güzəşt tətbiq olunur. Sərnişinlərdən mümkün fırıldaqçılıq hallarının qarşısını almaq üçün diqqətli olmalarını xahiş edirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
13 d. əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
55 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
1 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
2 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
























