Deputatdan taksilərin azaldılmasına və qiymətin artırılmasına etiraz
"Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?! Tıxaclarla bağlı məsələdə də məncə taksini bəhanə etmək düzgün deyil""Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?!"
Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Fazil Mustafa deyib.
O bildirib ki, bu gün Azərbaycanda taksi sürücüləri işsiz qalmış müəllim, həkim və yaxud başqa peşə sahibləridir:
"Ona görə də biz digər sahələrdə problemlərimizi həll etməliyik ki, taksi sahəsinə yalnız peşəkarlar gəlsin. Tıxaclarla bağlı məsələdə də məncə taksini bəhanə etmək düzgün deyil. Metroda xidmət yüksək səviyyədə təşkil olunubmu ki, insanlar taksidən istifadə etməsin?! Buna bir sosial problem olaraq baxmaq lazımdır. Buna nəqliyyat problemi kimi baxsaq, doğru nəticə əldə edə bilmərik".
XXX
"Mən gündə 4-5 dəfə taksidən istifadə edirəm, ona görə də taksi sürücülərinin dərdi-sərini yaxşı bilirəm".
Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deputat Elşən Musayev deyib.
"İndiyə qədər taksi operatorları yalnız vasitəçilik funksiyasını icra edərək öz faizlərini götürüblər. Amma onlar sürücüləri müdafiə etməlidir. Bu, indiyə qədər olmayıb. Qəzaların sayı heç də təkcə sürücülərin günahı deyil, o sürücüləri yükləyən operatorların günahıdır. Adını çəkmək istəmədiyim bir operator sürücüdən gündə 24 gediş sayı tələb edir. Bu zaman həmin sürücü hansı avtomobili sürsə, qəza edəcək. Taksi sürücüləri çox maraqla bu məsələlərin necə sonlanacağını gözləyir. Onları qorumaq lazımdır. Təkcə onların üzərinə öhdəlik qoymaq lazım deyil, həm də sərnişinlərin üzərinə qoymaq lazımdır. Hansısa sərnişin taksi sifariş verir, sonra telefonu söndürür. Taksi sürücüsü neçə kilometr məsafə qət edib gəlir, amma sonra sərnişinə zəng çatmır. Bu zaman onu "qara siyahı"ya salsalar da, problem kökündən həll edilmir", - deyə deputat bildirib.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
13 d. əvvəl
Qeyri-neft ixracında özəl sektorun ilk onluğu dövlət şirkətlərini qabaqlayıb
-
55 d. əvvəl
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
-
1 saat əvvəl
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
Kapital Bankın 50 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
-
2 saat əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Beynəlxalq uğur: “Olivea” London və Kanadada Qızıl medal qazandı
Ən çox oxunanlar
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı

























