“Ovçular”ın Hindistandan gətirdiyi mal ətində bakteriya aşkarlanıb - MƏHV EDİLMƏSİNƏ QƏRAR VERİLİB
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən ölkəyə idxal olunan qida məhsulları üzərində nəzarət tədbirləri çərçivəsində, “Ovçular ət və ət məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin Hindistandan ölkəmizə idxal etdiyi 27 ton 675 kq mal əti məhsulundan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Marja AQTA-nın yaydığı məlumata istinadən xəbər verir ki, aparılan sınaq nəticəsinə əsasən, ət məhsulunda salmonella bakteriyası aşkarlanıb və məhsulun qida sahəsində normativ sənədin tələblərinə uyğun olmadığı müəyyən edilib.
Qanunvericiliyə uyğun olaraq, istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv olunması və ya utilizasiya edilməsi barədə barədə qərar qəbul olunub.
Həmçinin aşkarlanan mal əti məhsulunun istehsal edildiyi müəssisənin məhsullarının ölkəmizə gətirilməsinə müvəqqəti qadağa qoyulub və Hindistanın aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 40 d. əvvəl
- 49 d. əvvəl
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
17 saat əvvəl
Honda elektrik avtomobillərinə 65 milyard dollar sərmayə yatıracaq
-
19 saat əvvəl
Mərkəzi Bank: Kredit risklərinin səviyyəsində azalma müşahidə edilir
-
21 saat əvvəl
Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet
-
22 saat əvvəl
Teplovozlardan biri Bakıya çatdırılıb - ADY lokomotiv parkını sağlamlaşdırır
-
22 saat əvvəl
Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
- 22 saat əvvəl