“AFB Bank”dan növbəti yenilik: “Apple Pay” xidməti aktivləşdi!
(©) Təmassız ödənişlər hazırda bank kartları sahiblərinin ən geniş istifadə etdiyi texnoloji həllərdəndir və “AFB Bank” bununla bağlı ən son yenilikləri uğurla tətbiq edir. Belə ki, “Apple” cihazları olan “AFB Bank” müştəriləri 13 iyun 2023-cü il tarixindən etibarən “Apple Pay” xidmətindən istifadə edə bilərlər.
Təmassız ödənişləri karta ehtiyac olmadan rahat və sürətli şəkildə etməyə imkan verən yeni nəsil ödəniş üsulunu POS-terminallarda, alış-veriş saytlarında, mağazalarda, bir sözlə, təmassız ödənişin mümkün olduğu hər yerdə istifadə etmək olar. Müştərilər üçün vacib olan təhlükəsizlik də “Apple Pay”də yüksək səviyyədədir. Karta dair, eləcə də edilən əməliyyatlar barədə məlumatlar qorunur və 3-cü şəxslərə ötürülmür.
Xidməti aktivləşdirmək üçün kartınızı “AFB Bank”ın mobil tətbiqinə və ya “Apple Wallet” tətbiqinə əlavə etməyiniz lazımdır.
Qeyd edək ki, bankın bu və digər xidmətləri barədə ətraflı məlumatı afb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya 1545 zəng mərkəzindən əldə etmək mümkündür.
Daima inkişafda olan “AFB Bank” həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif bank xidmətləri - kredit, kartlar, əmanət, depozit, köçürmə və s. təqdim edir. Hazırda 7 filial və 4 şöbəsi ilə Bakıda, eləcə də Sumqayıt, Gəncə və Qəbələ şəhərlərində fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
2 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
3 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"






















