VTB-nin sədri: İranda bank açmaq planı yoxdur
Andrey Kostinin sözlərinə görə, bu ölkədə kredit təşkilatının nümayəndəliyi “məlumat və əlaqə” nöqtəsi kimi fəaliyyət göstərir.Rusiya bankı VTB İranda törəmə bank açmaq fikrində deyil, kredit təşkilatının bu ölkədəki nümayəndəliyi “məlumat-əlaqə” nöqtəsi kimi fəaliyyət göstərir.
Marja.az xəbər verir ki, bunu Reuters agentliyinə müsahibəsində VTB-nin rəhbəri Andrey Kostin deyib.
"Biz İranda bank açmaq fikrində deyilik. Nümayəndəlik açmışıq, orada iki nəfər işləyir. Bu, daha müxtəlif müraciətlərin qəbul edilə biləcəyi məlumat və əlaqə nöqtəsidir. Təbii ki, iranın Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı inkişaf etdirir.Bir sıra sahələrdə əməkdaşlıq inkişaf edir və biz təbii ki, onlarla hesablaşmalar sistemi yaratmışıq.Mən ilk dəfə idi ki, bu yaxınlarda İranda oldum, maraqlı ölkədir. Bundan sonra sırf ölkəni daha yaxından tanımaq və qarşılıqlı əlaqə yaratmaq üçün nümayəndəlik açmaq qərarına gəldim”, - Kostin bildirib.
Ümumiyyətlə, VTB öz mövcudluğunun coğrafiyasını “əsaslı şəkildə dəyişməyi” planlaşdırmır.
"Biz ən geniş beynəlxalq şəbəkəyə malik Rusiya bankıyıq.Təbii ki, bu gün üçün baza nöqtələri Çin və Hindistandır, bu ölkələrdəki filiallarımız 15 ildir fəaliyyət göstərir. Bank Azərbaycanda, Qazaxıstanda, Ermənistan, Vyetnamda fəaliyyət göstərir. İndi bizim bankımız Gürcüstanda praktiki olaraq işləmir və sanksiyalara məruz qaldıqdan sonra Afrikada da fəaliyyət göstərmir. Başqa ölkələrdə filial açmaq planları yoxdur və indi çətindir, çünki biz sanksiyaya məruz qalmış bankıq”, - deyə o bildirib.
Afrikadakı bankdan danışan VTB rəhbəri izah edib ki, orada bir neçə variant nəzərdən keçirilir. "Düşünürəm ki, ya nəzarət paketini satıb minoritar səhmdar olmalıyıq, ya da tamamilə satmalıyıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq

























