Unibank mənfəətə keçib
Rəqəmləri artıq Unibank-ın sabitləşdiyini göstərir. Bank xalis mənfəət əldə edib, gəlirləri, məcmu kapitalı və depzoit portfeli artırıb.
2017-ci ilin birinci rübünü 334 min manat zərər ilə başa vurmuş Unibank, ikinci rübdə 1 milyon 94 min manat xalis mənfəət əldə edib.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin aprel-iyun dövründə Bankın faiz gəlirləri 22 milyon 258 min manat təşkil edib ki, bu birinci rüblə müqayisədə 25,4% çoxdur.
Yanvar – Mart dövründə qeyri-faiz əməliyyatlarında 3 milyon 451 min manat zərər edən bank, aprel-iyun dövründə 1 milyon 780 min manat gəlir əldə edib.
Cari ilin ikinci rübündə Unibankın cəmi gəlirləri 24 milyon 38 min manat, faiz və qeyri-faiz xərcləri isə 18 milyon 660 min manat təşkil edib. Bank 5 milyon 378 min manat əməliyyat mənfəətinin 4 milyon 284 min manatını ehtiyatlara ayırıb. Nəticədə Bankın 1 milyon 94 min manat xalis mənfəəti qalıb.
MƏCMU KAPİTALI KƏSKİN ARTIB
30 İyun 2017-ci il tarixində Unibank 690 milyon 44 min manat cəmi aktivlərə, 573 milyon 506 min manat cəmi öhdəliklərə və 103 milyon 709 min manat məcmu kapitala malik olub. Bank birinci rübün sonunda 702 milyon 406 min manat cəmi aktivlərə, 634 milyon 463 min manat cəmi öhdəliklərə və 67 milyon 141 min manat məcmu kapitala malik idi.
DEPOZİTLƏR ARTIB
İkinci rübdə Bankın kredit portfeli 406 milyon 999 min manatdan 387 milyon 354 min manata düşüb, müştəri hesabları isə 355 milyon 497 min manatdan 362 min 371 min manata qalxıb.
Mənfəət və zərər haqqında hesabat | min manatla | min manatla | |
| 1. Rüb - 2017 | 2. Rüb - 2017 | |
Faiz və gəlirlərin bu qəbildən olan növləri | 17 751 | 22 258 | |
Faizlər və onlara bağlı xərclər | (6 242) | (7 032) | |
Xalis faiz mənfəəti | 11 509 | 15 226 | |
Qeyri-faiz gəlirləri | (3 451) | 1 780 | |
Qeyri-faiz xərcləri | (11 621) | (11 628) | |
Xalis əməliyyat mənfəəti | (3 563) | 5 378 | |
Ehtiyatlar üzrə ayırmalar | (3 230) | 4 284 | |
Vergilər ödənildikdən sonra mənfəət / (zərər) | (334) | 1 094 | |
Maliyyə vəziyyəti haqqında hesabat | ||
Aktivlərin maddələri | 31.03.2017 | 30.06.2017 |
Nağd vəsaitlər | 27 493 | 34 797 |
ARMB-yə qarşı tələblər | 119 717 | 112 217 |
“Nostro" hesablar | 22 781 | 17 851 |
Banklar da daxil olmaqla maliyyə müəssisələrinə qarşı tələblər | 31 952 | 44 852 |
Qiymətli kağızlara investisiyalar | - | 6 114 |
Müştərilərə verilmiş kreditlər | 406 999 | 387 354 |
Əsas vəsaitlər | 51 595 | 54 614 |
İnvestisiyalar | 738 | 740 |
Digər aktivlər | 41 130 | 31 904 |
Cəmi aktivlər | 702 406 | 690 444 |
Öhdəliklərin maddələri | 31.03.2017 | 30.06.2017 |
“Loro" hesablar | 159 | 2 632 |
Müştəri hesabları | 355 497 | 362 371 |
Maliyyə institutlarından cəlb edilmiş vəsaitlər | 265 380 | 200 599 |
Digər passivlər | 13 426 | 7 904 |
Cəmi öhdəliklər | 634 463 | 573 506 |
Cəmi xalis aktivlər | 67 943 | 116 938 |
Cəmi öhdəliklər və kapital | 702 406 | 690 444 |
Balansdankənar öhdəliklər | 31.03.2017 | 30.06.2017 |
Qarantiyalar və bu qəbildən olan öhdəliklər | 2 005 | 2 130 |
Kredit alətləri | 57 382 | 57 203 |
Akkreditivlər | - | - |
Forvard və fyuçers müqavilələri | 12 067 | 13 563 |
Digər balansarxası öhdəliklər | 715 | 731 |
Cəmi | 72 169 | 73 627 |
Məcmu kapital | |||
| 31.03.2017 | 30.06.2017 | |
Tutulmalardan sonra I dərəcəli kapitalı | 49 341 | 96 029 | |
II dərəcəli kapital | 18 538 | 8 420 | |
Məcmu kapital | 67 879 | 104 449 | |
Məcmu kapitaldan tutulmalar: | (738) | (740) | |
Tutulmalardan sonra məcmu kapital | 67 141 | 103 709 | |
Əmsallar | Norma | 31.03.2017 | 30.06.2017 |
I dərəcəli kapitalın adekvatlıq əmsalı | 5,0% | 8,05% | 17,00% |
Leverec əmsalı | 5,0% | 6,82% | 13,51% |
Risk dərəcəsi üzrə ölçülmüş aktivlərin həcmi | 31.03.2017 | 30.06.2017 | |
0% | 175 992 | 189 122 | |
2% | 12 081 | 13 578 | |
20% | 14 804 | 9 617 | |
50% | 39 205 | 39 998 | |
60% | 55 423 | 55 173 | |
100% | 183 923 | 182 036 | |
110% | 147 542 | 135 089 | |
120% | 144 193 | 137 080 | |
Cəmi |
| 773 163 | 761 690 |
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
6 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
8 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 10 saat əvvəl
-
10 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək

























