“Trendyol”da Azərbaycandakı karqo şirkətləri üçün YENİLİK
“Trendyol”a təqdim olunan “UNİTED ALLİANCE” birləşmiş şirkətlər servisi ilə platformadan sifariş edilən məhsulların tez bir zamanda Azərbaycanda ünvana və "gəl al" nöqtəsinə çatdırılması xidməti göstəriləcəkdir3 May-dan etibarən Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol”a daxil olarkən Azərbaycan istifadəçilərinə yeni seçim imkanı təklif edilir.
Təklifdə ““Trendyol” siparişlerini artık Azerbaycan adresinde teslim alabilirsin” seçimi yer alıb. Yeniliklə vətəndaşlar Azərbaycan nömrəsi ilə qeydiyyatdan keçərək, sifarişi "Trendyol" saytından izləyə bilərlər.
Eyni zamanda, sifarişçi adres olaraq təslim al nöqtəsi və öz ev ünvanını qeyd edərək, məhsulu birbaşa təhvil ala bilər.
Əlavə olaraq ölkədə fəaliyyət göstərən karqo şirkətləri üçün digər iş imkanlarıda yaradılmışdır.
“Kargolux” şirkətinin təsisçisi Ülvi Əzizov tərəfindən "Trendyol"a təqdim olunan layihədə bütün karqo şirkətləri üçün yeni iş imkanı yaradılmışdır. Onun sözlərinə görə bu layihə sayəsində ölkədə fəaliyyət göstərən yerli karqo şirkətləri üçün haqsız rəqabət mühiti və inhisarlıq yaranması ehtimalı ortadan qalxmış olacaqdır.
"“Trendyol” Azərbaycan müştərisinə və ölkədə olan yerli karqo şirkətlərinə verdiyi dəyəri təsdiqləmiş oldu. Bugünədək "Trendyol"un ölkədə inkişaf etdirilməsində yerli karqo şirkətlərinin böyük dəstəyi olmuşdur. “Trendyol”a təqdim olunan “UNİTED ALLİANCE” birləşmiş şirkətlər servisi ilə platformadan sifariş edilən məhsulların tez bir zamanda Azərbaycanda ünvana və "gəl al" nöqtəsinə çatdırılması xidməti göstəriləcəkdir",- “Kargolux” şirkətinin təsisçisi bildirib.
Yekunda, Ülvi Əzizov “Trendyol”un Azərbaycanda inkişaf etdirilməsi, vətəndaşlara düzgün və zamanında xidmət göstərilməsi üçün “UNİTED” servisi altında bütün imkanlarından istifadə edəcəyini və müqavilə mərhələsində olduğunu vurğulayıb.
Həmçinin vətəndaşların sevdiyi karqolar platformada yer alacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















