May ayında qlobal ərzaq qiymətləri düşüb
FAO-nun Ərzaq Qiymətləri İndeksi may ayında ən çox taxıl, bitki yağları və süd məhsullarında baş verən qiymət azalmaların təsiri ilə düşüb.Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) may ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb.
Marja xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi may ayında aylıq müqayisədə 2,6%, illik müqayisədə isə 22,1 faiz azalaraq orta hesabla 124,3 bənd olub.
Beləliklə, qlobal ərzaq qiymətləri son iki ilin ən aşağı səviyyəsinə düşüb.
May ayında bitki yağları, dənli bitkilər və süd məhsullarının qiymət indekslərində əhəmiyyətli azalmalar, şəkər və ət indekslərində isə artımlar baş verib.
FAO-nun Taxıl Qiyməti İndeksi aylıq 4,8 faiz, illik isə 25,3 faiz azalıb. Beynəlxalq buğda qiymətləri qarşıdan gələn 2023/24 mövsümündə daha yüksək qlobal tədarükün gözlənilməsi və Qara Dəniz Taxıl Müqaviləsinin uzadılması səbəbindən aylıq 3,5 faiz düşüb. Mayda dünya qarğıdalı qiymətləri 9,8 faiz ucuzlaşıb.
FAO Bitki Yağı Qiymətləri İndeksi may ayında aylıq 8,7 faiz, illik isə 48,2 faiz geriləyib. İndeksin davamlı azalması palma, soya və günəbaxan yağlarının dünya qiymətlərinin aşağı düşməsini əks etdirir.
FAO Süd Məhsullarının Qiymətləri İndeksi may ayında aylıq 3,2 faiz, illik 17,7 faiz azalıb. May ayında azalmaya şimal yarımkürəsində mövsümi yüksək süd istehsalı fonunda ehtiyatlar da daxil olmaqla, bol ixrac imkanları fonunda beynəlxalq pendir qiymətlərinin kəskin düşməsi səbəb olmuşdur.
FAO Ət Qiyməti İndeksi isə may ayında aylıq 1% artaraq orta hesabla 117,9 bəndə yüksələrək dörd ay ardıcıl olaraq yüksəliş trendini qoruyub. İndeks illik müqayisədə 4,1 faiz azalıb. Xüsusilə Asiyadan yüksək idxal tələbinin davam etməsi və geniş yayılmış quş qripi epidemiyaları nəticəsində yarana biləcək qısamüddətli təchizat çətinlikləri ilə bağlı bəzi narahatlıqlar fonunda beynəlxalq quş əti qiymətləri may ayında daha da artıb. Qlobal mal ətinin qiymətlərində məhdud artım müşahidə olunub.
FAO Şəkər Qiymət İndeksi də aylıq 5,5% artaraq, may ayında orta hesabla 157,6 bənd təşkil edib. Məhsul ilə bağlı artan narahatlıqlar may ayında beynəlxalq şəkər qiymətlərinin artmasına səbəb olub.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 7 d. əvvəl
- 17 d. əvvəl
-
33 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
-
2 saat əvvəl
Mərkəzi Bank “Paysis” və “Greentek Group” şirkətləri haqqında yeni məlumat yayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"























