Naxçıvanda Perinatal Mərkəz yaradılıb
“Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.
Dəyişikliyə görə “Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi” publik hüquqi şəxsin adı dəyişdirilərək “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi” publik hüquqi şəxsi adı ilə əvəz edilib. Eləcə də “Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəz” və yeni yaradılan “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.
Həmçinin, Nazirlər Kabinetinin eyni tarixli digər bir qərarı ilə “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda edilmiş dəyişikliyə əsasən publik hüquqi şəxslər üçün vəsaitlərdən istifadə barədə hesabatlar aylıq, rüblük və ilin əvvəlindən artan yekunla iqtisadi təsnifat üzrə təqdim olunduğu halda, artıq rüblük və illik olaraq təqdim olunacaq.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 7 d. əvvəl
- 9 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq




















