254 milyon manat gəlir əldə edib, cəmi 384 min manat xalis mənfəət götürüb
“Rahat” supermarketlər şəbəkəsi və “Port Baku Bazar” marketin daxil olduğu "ANC GROUP" MMC şirkəti 2022-ci ili 384 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2021-ci ili 338 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "ANC GROUP"un xalis mənfəəti 13,8% artıb.
Marja.az şirkətin İnternet səhifəsində yerləşdirilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, "ANC GROUP"un gəlirləri 2021-ci ildə 204 milyon 937 min manat ikən, 2022-ci ildə 254 milyon 165 min manata yüksəlib (49 milyon 228 min manat və ya 24% artıb).
Ötən il "ANC GROUP"un 254 milyon 165 min manat gəlirlərinə qarşı cəmi xərcləri 253 milyon 781 min manat təşkil edib.
31 Dekabr 2022-ci il tarixində "ANC GROUP" MMC 100 milyon 470 min manat cəmi aktivlərə malik olub. Şirkət 2021-ci ilin sonunda 79 milyon 287 min manat cəmi aktivlərə malik idi (ötən il aktivləri 21 milyon 183 min manat və ya 26,7% artıb ).
7 milyon 83 min manat nizamnamə kapitalına malik olan "ANC GROUP" şirkətinin təsisçiləri "ABDA Retail İnvestment Holding LTD" (90%), Babakişiyev Cəlal Rasim oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
5 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
10 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
10 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)







