Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Sığortaya "qənaət" edən sahibkar 18 milyon manat ziyanla üzləşib"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Sığortaya "qənaət" edən sahibkar 18 milyon manat ziyanla üzləşib"

Son dövrlər biznes obyektlərində böyük yanğın hadisələri əmlak sığortasının aktuallağını artırıb. Bu sahədə əsas problemlərdən biri isə ondan ibarətdir ki, sahibkar biznesini, danışmaz əmlakını natamam sığortalayır. Hadisə zamanı isə dəyən ziyanı tam həcmdə əldə etməkdən məhrum olur.

Bunu müsahibəsində "AZSIĞORTA" şirkətinin Direktorlar Şurasının sədri Viladi Maniyev deyib.

Reklam_3_11

O qeyd edib ki, əksər hallarda hadisə zamanı narazılığa səbəb olan amil obyektlərin natamam sığortasıdır.Bəzi sahibkarlar sığorta xərclərini azaltmaq üçün, əmlakın dəyərini ciddi şəkildə azaldır. Bu halda sığorta şirkətinin yeganə ümidi, müştərini maarifləndirmə yolu ilə bu səhv addımdan çəkindirməkdir. Təəssüf ki, əksər hallarda bu nəticə vermir:

"Daşınmaz əmlakın icbari sığortası üzrə tarifi 0,2 faizlə hesablansa 1 mln. manatlıq sığorta predmetinin bir illik sığortası üçün sahibkar 2000 manat ödəməlidir. Sahibkar əmlakın dəyərini 100 min manat olaraq bildirməklə, sığortaya görə 200 manat ödəyir və hesab edir ki, 1800 manat qənaət edib. Hadisə baş verir və sahibkar sığorta müqaviləsində göstərilən tam məbləği alır, yəni 100 min manat. Real zərər isə 500 min manatdır. Beləliklə, 1800 AZN “qənaət” etməklə, sahibkar 400 min manat itkiyə gedir. Bizim təcrübəmizdə olub ki, müştəriyə 1,7 mln. manat sığorta ödənişi etmişik, lakin onun real ziyanı 20 mln. manatı aşıb" - Viladi Maniyev əlavə edib.

© APA

ViladiManiyev AZSIĞORTA
24.05.2023 09:54

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ