Azərbaycanın investisiya şirkəti iri bankda pay alıb
"ABB-İnvest İnvestisiya Şirkəti" "Kapital Bank"dan pay alıb.
"Kapital Bank" ASC bu il yanvarın 1-nə adi və imtiyazlı səhmdarlarının pay bölgüsünü açıqlayıb.
Bu barədə Bankın illik idarəetmə hesabatında bildirilir.
Sənədə əsasən, ötən il "Kapital Bank"ın səhmlərinin sahibi olan hüquqi şəxslərin sayı 1-dən 2-yə çatıb. Yeni səhmdar "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-dir. Maliyyə qurumu 60 ədəd adi və 732 ədəd imtiyazlı səhm alaraq Bankın səhmdarlarının sırasına qoşulub. Onun kredit təşkilatının nizamnamə kapitalındakı payı cəmi 0,02 %-dir və bu pay fiziki şəxslərdən alınıb.
"Kapital Bank"ın əsas səhmdarı yenə də "PAŞA Holdinq" MMC-dir. Holdinq birbaşa Bankın 16 614 205 ədəd adi səhminin 16 593 164-nə, 4 842 615 ədəd imtiyazlı səhminin isə 804 254-nə sahibdir. Beləliklə, onun kredit təşkilatındakı payı 81,08 %-dir.
Bundan başqa, "PAŞA Holdinq"ə daxil olan "PAŞA Həyat Sığorta" ASC "Kapital Bank"ın 807 102 ədəd, "PAŞA Sığorta" ASC isə 1 614 205 ədəd imtiyazlı səhminə malikdir. Beləliklə, onların Bankdakı payı müvafiq olaraq 3,76 % və 7,52 %-dir.
Eyni zamanda, holdinqə yaxın sayılan "Bless" və "Reveri" MMC-lər də hər biri "Kapital Bank"ın 604 750 ədəd imtiyazlı səhminə sahibdir. Beləliklə, onların hər birinin Bankdakı payı 2,82 %-dir.
Fiziki şəxslərə gəlincə isə, onlar, "Kapital Bank"ın 20 981 ədəd adi və 406 822 ədəd imtiyazlı səhmə malikdir. Beləliklə, sadə vətəndaşların Bankdakı payı 1,98%-dir.
Son 1 ildə "Kapital Bank"ın adi səhmdarlarının sayı 8 vahid və yaxud 4,15 % artaraq 201-ə çatıb. O cümlədən, Bankın adi səhmlərinin sahibləri olan fiziki şəxslərin sayı 7 nəfər və yaxud 3,65 % artaraq 199-a yüksəlib. Bankın imtiyazlı səhmdarlarının sayı isə dəyişməyərək 77 qalıb. Bunlardan 6-sı hüquqi şəxs, 71-i isə fiziki şəxsdir.
Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUSbank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12,39 manat olan 21 456 820 səhm əsasında formalaşıb.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 gün əvvəl
"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir
-
-
1 gün əvvəl
Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib
-
1 gün əvvəl
Hacıqabul Quşçuluq Şirkətində Anım Günü ilə əlaqədar tədbir keçirilib
-
1 gün əvvəl
“BakuBus”ın Gəncə Avtoparkının açılışı olub - 20 marşrut xətti üzrə fəaliyyət göstərəcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

"AccessBank" PAM (Privileged activity monitoring subscription) alışı üzrə tender elan edir

Prezident İlham Əliyev Gəncə Stadionunun açılışında iştirak edib

Sentyabrın 28-də gözlənilən hava şəraiti

AzMDF-in anbarında baş vermiş yanğın məhdudlaşdırılıb

İri supermarket şəbəkəsinin daha bir şöbəsi açılır
Ən çox oxunanlar

Azərbaycan BOKT-nun adı dəyişdirilib

Azərbaycan neftinin son qiyməti

Azərbaycanda Anım Günüdür

"ZirvədəSən" təcrübə proqramı başa çatıb - 21 iştirakçı “PAŞA Bank” ailəsinin üzvü olub

Azərbaycan “NVIDIA” və “Microsoft”a yatırımlar kəskin artırıb

Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Aqrar Sığorta Fonduna müraciətlər kəskin artıb

Expressbank sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
