"Azərkosmos" qlobal peyk operatoru ilə kommersiya müqaviləsi imzaladı
Qərbi Afrika regionunda “Azerspace-2” peykinin resurslarından istifadə edilməklə mobil şəbəkələrdə nəqletmə xidmətləri təqdim ediləcək.Azərkosmos və qlobal peyk operatoru “Intelsat” şirkəti arasında Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsinə dair kommersiya müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən “Intelsat” şirkəti 17 ölkəsi və 430 milyondan çox əhalisi olan Qərbi Afrika regionunda “Azerspace-2” peykinin resurslarından istifadə etməklə müştərilərinə mobil şəbəkələrdə nəqletmə xidmətləri təqdim edəcək.
Belə ki, “Azerspace-2” peykinin imkanlarından istifadə edərək “Intelsat” şirkəti Afrika regionunda xidmət coğrafiyasını daha da genişləndirəcək. “Azerspace-2” peykinin əhatə dairəsi Afrikanın əlçatmaz ərazilərində belə mobil şəbəkə və telekommunikasiya xidmətləri üçün olduqca əlverişlidir.
Azərkosmosun sədr müavini Fuad Aslanov bildirib ki, peyk xidmətləri bazarında qlobal partnyorumuz olan “Intelsat” şirkəti ilə əməkdaşlığımız Afrikada mobil və data xidmətlər üzrə həyata keçirdiyimiz kommersiya layihələrində bizə geniş imkanlar açacaq.
“Intelsat”ın Biznesin inkişafı və şəbəkə tərəfdaşlıqları üzrə vitse-prezidenti Adam Troy qeyd edib ki, Azərkosmos Afrika regionunda yüksək keyfiyyətli peyk xidmətləri təmin edən “Intelsat”ın mühüm və üstünlük verilən tərəfdaşı olmaqda davam edir. “Biz Azərkosmos ilə “Azerspace-2” peykinin orbitə buraxıldığı ildən, 2018-ci ildən bəri əməkdaşlıq edirik. Afrikadakı müştərilərimizin ehtiyaclarına uyğun xidmət vermək üçün Azərkosmosa etibar edirik”, – deyə A.Troy bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 33 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















