Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin gəlir və xərcləri 4 dəfə artıb
2022-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) gəlirləri 111 milyon 397 milyon manat təşkil edib.
Qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 4,1 dəfə çoxdur.
RİNN-nin gəlirlərinin 100 milyon 452 min manatı və yaxud 90,2 %-i qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır. Bu, illik müqayisədə 5,95 dəfə çoxdur. Hesabat dövründə nazirliyin birja əməliyyatlarından gəlirləri isə 10,9 % artaraq 10 milyon 944 min manat olub.
Ötən il RİNN-nin xərcləri isə əvvəlki ilə nisbətən 4,15 dəfə çox - 111 milyon 467 min manat təşkil edib. O cümlədən nazirliyin əməkhaqqı və məcburi dövlət sosial sığorta haqqı xərcləri 14,3 % azalaraq 5 milyon 103 min manat, maliyyə yardımları və sair transferləri 5,2 dəfə artaraq 105 milyon 435 min manat, sərf etdiyi materialların dəyəri 17,65 % artaraq 60 min manat, amortizasiya xərcləri 6,6 % azalaraq 99 min manat, sair əməliyyat xərcləri isə 29,6 % artaraq 770 min manat olub.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 34 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat

















